İnsanın həm dünyada, həm də axirətdə həqiqi dostu və köməkçisi vardır. Bu dost aləmlərin Rəbbi olan Allahdır. Rəbbimiz ayədə bu həqiqəti bildirmişdir. Allah hər çətinlikdə qulunun yanındadır və onun köməkçisidir. Doğulduğu gündən öldüyü günə qədər daim onunla birlikdədir. İman edən qulunu hər vəziyyətdə qoruyur.
Ayənin davamında, Allah iman edən qullarını qaranlıqdan nura çıxaracağını, yəni qəflətdən xilas edib aydınlığa qovuşduracağını müjdələmişdir. İnsan iman etmədiyi təqdirdə həyatının böyük hissəsini kədər, çətinlik, qısqanclıq, ümidsizlik, kin, nifrət kimi duyğular içərisində keçirir. Ancaq bu bədbin ruh halı, Allaha iman edildiyində, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə təslim olunduğunda bir anda ortadan qalxır. Allah Quranda, Özünə iman edənləri hər cür pis əməldən və yanlışlıqlardan təmizləyəcəyini xəbər vermişdir.
Allaha iman edən və imanında səmimi olan insanlar isə artıq məğlubiyyəti olmayan şərəfli və xeyirli bir həyatın içinə giriblər. Çünki Allah inananlara, din əxlaqına görə yaşayanlara sözlərinə sadiq olduqları müddətcə rahat həyat nəsib edəcəkdir. İman edənlərə əsl böyük qarşılıq isə Cənnətdə veriləcək.

