Allahın Quranda xəbər verdiyi Talut və ordusu ilə bağlı hadisə, Allahın elçisinə itaətin əhəmiyyətini göstərən xatırlatmalardan bir başqasıdır. Quranda bildirildiyinə görə, Allahın elçisi olan Talut, ordusu ilə birlikdə düşmən ordusuna doğru yol alarkən, ordusundakıları xəbərdar etmiş və irəlidə qarşılaşacaqları çaydan su içməmələrini söyləmişdir. Mövzu ilə əlaqədar ayə belədir:
Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi: “Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut və yanındakı möminlər çayı keçdikdən sonra: “Bu gün Calut və onun qoşununa qarşı bizim gücümüz yoxdur”, – dedilər. Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!” (Bəqərə surəsi, 249)
Ayədə də görüldüyü kimi, Talutun əmrinə əməl etməyənlər gücsüz qalmışlar. Taluta uyanlar isə güc qazanmış və Allahın icazəsi ilə sayları çox az qalmasına baxmayaraq qalib gəlmişlər. Bunlar Allahın Quranda bildirdiyi sirlərdir. İnsanların hesab etdiyi kimi güc, zəfər və üstünlük, maddi imkanlarda, sayca üstünlükdə, vəzifədə, məqamda və ya fiziki xüsusiyyətlərdə deyil. Kim Allahın sərhədlərinə uyar, Allaha və elçisinə itaət edərsə, Allah o insanı bütün insanların üzərində güclü edər, o insanı ağıl, sağlamlıq, gözəllik, ruzi, zənginlik kimi saysız nemətlərlə mükafatlandırar. Onlar üçün axirətdə isə daha gözəl və ehtişamlı sonsuz həyat hazırlanmışdır.

