Ayə izahı: Bəqərə surəsi, 214

Allah ayədə bütün inananların bu çətinliklərlə qarşılaşacağını bildirir və səbir göstərənləri

Allah ayədə bütün inananların bu çətinliklərlə qarşılaşacağını bildirir və səbir göstərənləri sonsuz gözəlliklərlə müjdələyir. Bu zamanlar “çətin anların müsəlmanları” ilə “asan anların müsəlmanları”nın ortaya çıxdığı, bir-birlərindən ayrıldıqları zamanlardır. Çətin anların müsəlmanları bütün çətinlik və sıxıntılara “O kəslər ki, onlara bir müsibət üz verdikdə: “ Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!”-deyirlər.” (Bəqərə surəsi 156) cavabını verənlərdir.

Hər müsəlmanın imanının gücünü və əxlaqının üstünlüyünü göstərən əlamət, çətinlik anlarında göstərdiyi gözəl davranışlardır. Bu üstün əxlaqi xüsusiyyətlərə cəsarət, səbir, təvəkkül, əzm, mətanət, bağışlamaq, fədakarlıq, mərhəmət, vicdan və qərarlı olmaq daxildir.

“Çətin anların müsəlmanı” ifadəsində nəzərdə tutulan hər cür çətinliyə, sıxıntıya, yoxluğa və çatışmazlığa qarşı dözümlü olan və yuxarıda sadalanan xüsusiyyətlərə malik olan insandır. Gözəl əxlaqdan əsla uzaqlaşmayan, hər hadisəni təvəkküllə qarşılayan, hadisələrdəki hikmət və xeyirləri görən, ətrafındakı insanları da eyni üstün əxlaqı yaşamağa dəvət edən insan çətin anların müsəlmanıdır. Bu çətinlik anları da Quranda təsvir edildiyi kimi, iman edənlərin çox şiddətli sınaqlardan keçirildikləri, “O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən hücum etmiş və gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi…” (Əhzab surəsi 10) ayəsində də ifadə edildiyi kimi, şiddətli sıxıntılarla əhatə olunduqları anlardır.

Çətinlik anları deyildiyi zaman cahiliyyə insanının ağlına bəzi nümunələr gəlir. Kimisi üçün bu çətinlik anı təbii fəlakət, kimisi üçün işindən çıxarılmaq, kimisi üçün isə müflisləşməkdir. Halbuki, iman edənlər üçün çətinlik anları daha şiddətli hadisə və vəziyyətləri ifadə edir. Çətinlik anlarındakı yoxluq adi yoxluq deyil, insanın ən vacib ehtiyaclarından belə məhrum qaldığı yoxluq, çətinlik isə insanın gündəlik həyatında yaşadığı çətinliklərdən daha şiddətli çətinlikdir.

I Quranda təsvir edilən “ürəklərin ağıza gəldiyi” anlar insanın təxəyyül edə biləcəyi hər cür çətinliyin, xəstəliklərin, fəlakətlərin üst-üstə gəldiyi, müsəlmanların “sadəcə: “İman etdim”, – dediyi üçün” evlərindən çıxarıldığı, yurdlarından sürgün edildiyi, ailələrinə, özlərinə maddi və mənəvi təzyiqlərin edildiyi dövrlərdir.

Quranda elçilərin və saleh möminlərin qarşılaşdığı bu cür çətinliklər nümunə verilmişdir. Saleh möminlər çox şiddətli sınaqlardan keçirilmiş, müxtəlif çətinliklərə sinə gərmişlər.