Ayə izahı: Bəqərə surəsi, 155

Yalnız çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın imtahanıdır

Yalnız çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın imtahanıdır. Allah verdiyi hər nemətlə birlikdə insanın Ona şükür edib-etmədiyini də sınayır. Nemətlərlə bərabər, Allah insanın qarşısına həyatı boyunca qərar verməsi lazım olan bir çox hadisə çıxarır. Əlbəttə yaşadıqlarının imtahan olduğunun fərqində olan və Allahın razılığına görə qərar verən möminlər bu imtahandan keçməyi və Allahın Quranda bildirdiyi kimi Cənnət həyatı ilə mükafatlandırılmağı ümid edə bilirlər.

Dünyadakı imtahan mühitində möminlər vicdanın səsini dinləyib, Allahın onları sınaqdan keçirdiyini heç bir şəkildə unutmamalıdırlar. Səmimi qəlblə Allaha yönələn insan qarşısına hansı çətinlik çıxarsa çıxsın, mütləq asanlıqla qarşılaşacaq və Allahın izni ilə doğrunu tapacaq. Bu imtahan dünyasının ən böyük sirlərindən biri, iman edənlər üçün mütləq qazanc olacağıdır. Ən böyük qazanclardan biri isə iman edənlərin bu sınaqlar qarşısında göstərdikləri gözəl əxlaq, cəsarət və mətanətin, onların axirətdəki qarşılığını və dərəcələrini artırmasıdır.