Allah bu ayədə iman edənləri səbir etməyi və namaz qılaraq Ona yönəlməyi və dua etməyi bildirmişdir.
Namaz Allahın Quranda bütün müsəlmanlara fərz etdiyi ibadətlərdən biridir. Bu ibadət möminlərin yalnız Allaha qul olduqlarının və ancaq Onun qarşısında səcdə etdiklərinin göstəricisidir. İman edən hər qul Allahın Quranda göstərdiyi vaxtlarda bu ibadətini yerinə yetirir. Ümumiyyətlə isə namaz möminlər üçün yalnız hərəkət olaraq edilən bir ibadət deyil. İnsanın Allaha olan yaxınlığını və təslimiyyətini göstərən, onun Rəbbimizə yaxınlaşması üçün bir yoldur.
Möminlər namazında Rəbbimizi ucaldaraq özləri üçün tək köməkçinin Allah olduğunu ifadə edirlər. Namazdan sonra Allaha dua edərək Ondan kömək istəyirlər. Allahı zikr etmək (təsbih etmək) möminlər tərəfindən edilən bu ibadət Rəblərinə yaxınlaşmaq üçün böyük bir fürsətdir. Namazında huşu içində Allaha yönələn bir möminin imanda dərinliyi, səmimiyyəti, ixlası və Rəbbimizə olan yaxınlığı artır. Allah da namaz qılıb, Özünə dua edən qullarına rəhmətinin qapılarını açar.
Allah iman edən qullarının üzərində “Sabur” (çox səbirli) ismini təcəlli etdirir və onların qəlblərindəki dayanıqlılıq duyğusunu gücləndirir. Əlbəttə, Allaha iman etmiş bir möminin göstərəcəyi səbir və sədaqət, uca Rəbbimizin məmnuniyyətini ümid edə biləcəyi çox gözəl rəftar olacaq. Dözmək və səbir etmək ayrıdır. Quranda bildirilən həqiqi səbri yaşaya bilənlər yalnız möminlərdir. Çünki Allaha səmimi imanla bağlanıb təslim olan, Rəbbimizin ucalığını təqdir edə bilən, taleyə qarşı tam təvəkkül göstərə bilən və axirətin varlığına qəti iman edənlər yalnız onlardır. Dualarında səbirli və qərarlı olan möminlər, Allahın rəhmətindən əsla ümid kəsməzlər və Allahın daim onlarla birlikdə olduğunu da bilərlər.

