Ayə izahı: Bəqərə surəsi, 14

Müsəlman olmadığı halda, müsəlmanların yanına gəlib onların pullarından, imkanlarından

Müsəlman olmadığı halda, müsəlmanların yanına gəlib onların pullarından, imkanlarından istifadə etmək üçün bir müddət müsəlmanların yanında qalıb onların sirlərini öyrənən, yaşadıqları yer və həyatı haqqında məlumat toplayıb küfrə ötürən alçaq və şərəfsizlərə “münafiq” deyilir. Bu, Peyğəmbərimizin dövründə də var idi. Məsələn, Peyğəmbərimiz möminlərlə söhbət edir, münafiq bir səhabənin arxasında gizlənib çıxır oradan. Onun axmaqlığına baxın. Ayədə gizlənərək çıxanlardan bəhs edilir. Guya özlərini sezdirmirlər. Onların İQ-si aşağı səviyyədə olur. Elə zənn edirlər ki, onları heç kim görmür. Məsələn, Dirar məscidi tikirlər, ayrı bir məscid. Deyirlər ki, Peyğəmbərin məscidinə nə gərək var ki, məgər doğru yol Quran deyilmi? Bizim məscidimizdə də Quran var. Gəlin, burada namaz qılaq. Yəni hz. Məhəmmədin (s) yanında durmağa nə ehtiyac var, mütləq onun yanında olmalıyıq? Əgər gəlmək istəyirsə, o da gəlsin”, –deyirlər. Bəs yaxşı, siz niyə gəlmirsiniz Rəsulullahın yanına?

Münafiqin izahı mümkün olmayan şərəfsiz ruhu var, alçaq ruhu var. Bu, şeytanda da var. Açıqlana bilinmir, yəni ağla sığmır. Münafiqlər şeytanla əlbir olurlar, çox hiyləgərdirlər. Peyğəmbərin dövründə ağlasığmaz əməllər törətdilər. Ayədə deyilir ki, sizin fəlakət xəbərlərinizi gözləyirlər, özgələri ilə əlbir olublar. Müsəlmanlara hücum edilməsini, onların tutulub həbsə atılmasını, yaxud şəhid edilməsini gözləyirlər. Sizin xəbərlərinizi kənardan alırlar, sizə bədbəxtlik gəlməsini gözləyirlər, yəni sizləri gizlicə izləyirlər. Məsələn mən dəfələrlə görmüşəm, səhifəni takib etmirlər amma girib baxırlar, bəzən mənə DM-yə yazırlar. Zatən yazdıqları mövzudan və yazım tərzindən anlayıram kim olduqlarını. Allah ayədə deyir ki, sən onların danışıq tərzindən anlayarsan (Məhəmməd surəsi, 30).

Allah buyurur ki, o bədbəxtlik sizə (münafiqlərə) gəlsin. Allah bunu bildirirsə, bu, mütləq baş verir. Allah onları yandırıb-yaxır bu dəfə. Münafiqləri Allah içlərindən yıxır, mənəvi yöndən çökdürür. Allah onlara xəstəlik, narahatlıq verir. Hamısında əsəb və gərginlik olur. Bu, dünyada çəkdikləri iztirabdır.

blank