Ayə izahı: Ali İmran surəsi, 4

Quranın qəbul edilməsi vicdanın bir borcudur

Şübhəsiz, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam sahibidir. (Ali İmran surəsi, 4)

Quranın qəbul edilməsi vicdanın bir borcudur. Çünki Allahın varlığını bildikdə mütləq bir haqq din olması lazım olduğunu insan bilər.

Allah insanları səbəbsiz yaratmır. Məsələn əlinizdə mobil telefon var. Birisindən soruşsaq ki; “bu telefon nə işə yarayır?” “Bu telefon heç bir işə yaramır” desə, anormal cavab olar. “Qələm nə işə yarayır?” deyə soruşsaq. “Qələm heç bir işə yaramır” deyir. “Bu ekran nə işə yarayır?” deyə soruşsaq. “Bu da heç bir işə yaramır” deyir. Aydındır ki, hamısı bir səbəblə yaradılmışdır. Dünya da bir səbəblə yaradılmışdır. O səbəblə yaradanın adına Allah deyirik. Yaradılış məqsədi də var. Bir məqsədi olması lazımdır. O yaradılış məqsədi də insanların imtahanıdır, inşaAllah.