Ayədə bildirildiyi kimi, möminə xas xüsusiyyətlərdən biri də həyatının hər anında dayanmadan Allahı zikr etməkdir. İman gətirənlər qısa dünya həyatında yalnız Allahın rizasını güdürlər. Allahın hər an onları eşitdiyini, gördüyünü, bütün fikirlərindən, niyyətlərindən agah olduğunu bildikləri üçün daima Onu razılığını qazanmağa və əmrlərinə uyğun yaşamağa çalışırlar. Allah ilə aralarındakı əlaqəni bir saniyə belə unutmurlar. Möminlər üçün Allahı zikr etmək “ən böyük ibadət”dir (Ənkəbut surəsi, 45). Həyatı boyu bu əxlaqla yaşayır, təkcə düşüncələrində deyil, dillərində də Allahı zikr edirlər. Allahın onlara bəxş etdiyi nemətlər üzərində hikmətlə düşünür, nə qədər böyük rəhmət içində olduqlarını anlayırlar. Bu da, Allaha olan sevgilərini daha da dərinləşdirir.
Ayənin davamında isə möminlərin baxdıqları hər yerdə Allahın bənzərsiz yaratma sənətini gördükləri vurğulanır. Allah kainatdakı canlı-cansız bütün varlıqları Onun sonsuz gücünü, yaratma sənətini, elmini dərindən təfəkkür etməyimiz üçün yaradır. Heç bir varlıq məqsədsiz yaradılmamışdır. Kainatın hər nöqtəsi Allahın möcüzələri ilə əhatələnmişdir. Möminlər bitkilərdə, heyvanlarda, dənizlərdə, səmada, kosmosda, torpaqda, bir sözlə ətrafdakı hər şeydə, Allahın təcəllilərini görür, Onun bütün bunları sonsuz ağılla yaratdığını təfəkkür edirlər. Ayədən də aydın olur ki, bu həqiqəti anlayan möminlər bunlar üzərində düşünüb Allahın üstün yaratma sənətini və ucalığını dayanmadan zikr edirlər.
İman gətirənlər eyni zamanda hər an axirəti düşünüb yada salırlar. Ayənin sonunda qeyd edildiyi kimi, möminlər Allahdan onları cəhənnəm əzabından qorumasını diləyir, axirəti üçün daima qorxu ilə ümid arasında yaşayırlar. Allahın böyüklüyünü və Ona sonsuz möhtac olduqlarını, hər an ölümlə üz-üzə olduqlarını heç unutmurlar. Bu düşüncə onlarda Allahın əmrlərinə qarşı məsuliyyəti artırır və ibadətlərində daha diqqətli olmalarını təmin edir. Buna görə də möminlər ölümü və axirəti düşündükləri zaman da daima Allahı zikr edirlər.

