Ayə izahı: Ali İmran surəsi, 166-167

Möminlər Allahın dünya həyatında onlar üçün yaratdığı çətinliklərin bir imtahan olduğunu

Möminlər Allahın dünya həyatında onlar üçün yaratdığı çətinliklərin bir imtahan olduğunu bilirlər. Bu sınaqların, saleh müsəlmanlarla “qəlblərində xəstəlik olan” və səmimi olaraq iman etməyən kəslərin (zombilərin) ayırd edilməsi üçün xüsusi olaraq yaradıldığını dərk edərlər. Quranda xəbər verilən həqiqətləri bildikləri üçün, zahirən pis kimi görünən bir hadisəni və ya çətinlik anını, səmimiyyətlərini, Allaha olan bağlılıqlarını və təvəkküllərini göstərmək üçün gözəl bir vəsilə olaraq qiymətləndirərlər. Dünyada həm çətinliklərlə, həm də nemətlərlə sınandıqlarını heç vaxt unutmazlar. Bu gözəl əxlaqının nəticəsi olaraq Allah zahirən pis kimi görünən hadisələri və çətinlikləri saleh qullarının lehinə çevirir.

Allaha könüldən iman edən bir insan yalnız Allaha güvənər, çünki Allahın hər şeyə hakim olduğunu, hər şeyə gücünün çatdığını, Allahın icazəsi olmadan bir yarpağın belə düşmədiyini bilər. Taledən kənara çıxmağın ya da taleyi dəyişdirməyin mümkün olmadığını bildiyi üçün qarşılaşdığı hər vəziyyətdə Allaha yönələr və Allahın onun üçün yaratmış olduğu taleyə səmimi olaraq razı qalar.

Möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də Allahı vəli etmələridir. Allahdan başqa sığınacaq, kömək istəniləcək başqa heç kimə, heç nəyə və heç bir gücə ehtiyac duymazlar. Bu, həqiqi mənada bir güvəndir. Buna sahib olan bir insan həyatı boyunca başına gələn hadisələrdə bir an belə olsa narahatlığa düşməz, kədərlənməz, sıxılmaz. Çünki dünyada yaranan hər hadisənin Allahın izni ilə həyata keçdiyinin fərqindədir. Allahın yaratdığı hər şeydə inanan insan üçün çox xeyir vardır. Bu həqiqi imana sahib möminlər, həyatının hər anında bu düşüncə ilə hərəkət edər və Allahın izni ilə zahirən çətinlik kimi görünən vəziyyətləri belə böyük səbir və şövq ilə qarşılayarlar.