Hz. Mehdinin çıxış əlamətlərindən biri də, Axırzamanda çox böyük iqtisadi böhranın baş verməsidir. Hədisdə insanların “az qazanc, bazarın durğun olması, işlərin kasad getməsi” kimi iqtisadi çətinliklərdən şikayətlənəcəkləri bir böhran dövrünə giriləcəyi xəbər verilir.
“HƏR KƏSİN AZ QAZANCDAN ŞİKAYƏTLƏNMƏSİ… PULLARINA GÖRƏ VARLILARA HÖRMƏT EDİLMƏSİ…” (Qiyamət Əlamətləri, səh. 146)
“BAZARIN DURĞUN OLMASI, QAZANCLARIN AZALMASI…” (Qiyamət Əlamətləri, səh. 148)
“İŞLƏRİN KASAD GETMƏSİ. HƏR KƏS “SATA BİLMİRƏM, ALA BİLMİRƏM, QAZANA BİLMİRƏM!” DEYƏRƏK, ŞİKAYƏTLƏNƏCƏK.” (Qiyamət Əlamətləri, səh. 152)
Hal-hazırda bütün dünyada, Amerika, Çin, Almaniya kimi böyük iqtisadiyyatların ağır zərbə aldığı, nəhəng şirkətlərin, bankların və sənayelərin böhran səbəbindən çökdüyü böyük bir iqtisadi böhran yaşanır. Dünya Bankının rəhbəri Robert Zellik dünyada yaşanan bu iqtisadi böhran üçün belə deyir:
“DÜNYADA TAYI- BƏRABƏRİ GÖRÜLMƏMİŞ BİR İQTİSADİ BÖHRANLA QARŞI-QARŞIYA OLDUĞUNA, yoxsul insanları daha çox çətinlik çəkə biləcəyinə dair ortaq razılaşma var və bir insani fəlakətin qarşısını almaq üçün vaxtında müdaxiləni davam etməliyik.”
Peyğəmbərimiz hədislərdə, Hz. Mehdi dövründə iqtisadi böhran olacağını, böhranın bütün dünyanı bürüyəcəyini, hətta yağışların azalacağını da çox detallı ifadə edib. Bunun arxasından da çətin yaşayışın, bərəkətsizliyin yayılacağını ifadə edib. Hətta insanların bazarda, “mən bu gün də qazana bilmədim, bu gün də qazancım olmadı” deyə şikayətlənəcəyini ifadə edir. Bu da Hz. Mehdinin çıxış əlaməti olduğu üçün bunda da xeyir vardır.
Bunun səbəbi də, insanların təvəkkülsüz olmaları, Allahın verəcəyi ruzini özlərindən bilmələri, onların ruzini yaratdıqlarına inanmaları, qazanc qorxusu, pulu yığıb saxlama ehtirası, kasıblara pul verməmək düşüncəsi, zəkat və sədəqədən qaçmaları bu nəticəni yaradır. Amma müsəlmanlar çoxlu sədəqə versələr, zəkat versələr, malı yığıb saxlamasalar, pulu yığıb saxlamasalar, qızılı və gümüşü yığmasalar, bunu Allah yolunda xərcləsələr bu ölkələr üçün belə problem olmaz.
Amma pulu yığsalar, xərcləməkdən çəkinsələr, Allah yolunda istifadə etməkdən çəkinsələr, zəkat və sədəqə verməsələr, o zaman problemlər meydana gələr. Yəni pulun dövriyyəsi də dayanar, mal dövriyyəsi də dayanar, fabriklər da dayanar, hər yerdə dayanma meydana gələr və bunun nəticəsində də iqtisadi ölüm meydana gələr. Necə ki, indi hal-hazırda dünyada koma vəziyyəti vardır. Bu vəziyyət Peyğəmbərimizin ifadə etdiyi hadisədir.

