“HƏZRƏTİ İSA ƏLEYHİSSƏLAM İSƏVİLİK ŞƏXSİ-MƏNƏVİSİNİ TƏMSİL EDƏRƏK DİNSİZLİĞİN ŞƏXSİ-MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI yox edər…” (Mektubat, səh. 6)
Bədiüzzamanın bu sözləri ilə eynilə hz. İsa kimi Dəccalın da şəxsi-mənəvisi olacağını bildirir. Ancaq Bədiüzzaman “DİNSİZLİYİN ŞƏXSİ-MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI” sözləri ilə Dəccalın da “BİR ŞƏXS OLARAQ DİNSİZLİYİ TƏMSİL EDƏN BU ŞƏXSİ-MƏNƏVİNİN LİDERİ OLACAĞINI” bildirir.
Bədiüzzaman əsərlərində Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda gələcəyini müjdələdiyi isimlərin hamısının şəxs olduqlarını müxtəlif dəlillər ilə izah etmişdir. Dəccal da bu Axırzaman şəxslərindən biridir. Bədiüzzaman Dəccalın bir şəxs olacağını nə qədər ətraflı şəkildə izah edibsə, hz. İsa və hz. Mehdinin şəxs olacaqlarını da eyni şəkildə dəlilləri ilə təqdim etmişdir. Şübhəsiz ki, Bədiüzzamanın bu ifadələrindən bəzilərini başqa cür izah edib, hz. İsa və hz. Mehdinin şəxsi-mənəvi, lakin Dəccalın insan olacağını düşünmək çox yanlış yanaşma olardı. Çünki Bədiüzzaman Dəccal kimi “hz. İsa və hz. Mehdinin də ŞƏXS OLARAQ gələcəklərini” təkidlə təkrar etmiş və bunları dəlilləri ilə izah etmişdir.

