Axırzaman mövzusunda təfsir edənlər narahatlıq duyurlarmı?

Risalələri Axırzaman mövzularında Bədiüzzamanın açıq ifadələrini şərh etmənin altında “bunlar doğrudursa nə edərik, Bədiüzzamanın dedikləri çıxmır” kimi düşüncələrdən qaynaqlanan qorxular ola bilər.

Bədiüzzaman ələ aldığı mövzuları çox vasvası və olduğu kimi dəqiq şəkildə açıqlamışdır. İzah etdiklərində hər hansı ziddiyyət və ya həqiqətə uyğun olmayan bir şey yoxdur. Axırzamanla əlaqədar söylədiyi sözlər ifadə etdiyi tarixlərdə eynilə reallaşmış, əksəriyyəti də ifadə etdiyi zaman gələndə baş verir.

Hər hansı bir şərh edilmədən, önmühakiməsiz baxıldığında mövzunun çox açıq olduğu, hər şeyin yerinə oturduğu aydın olacaq. Bədiüzzamanın izahatlarının Qurana və Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə tam olaraq uyğun gəldiyi görüləcək. Bunun nəticəsində insanların Bədiüzzamana olan etibarları sevgi və bağlılıqları, Risalə-i Nurun hamısında izah edilənlərə inancları artacaq. Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi ilə əlaqədar çox təfərrüatlı izah edilmiş hədislərinə baxmayaraq, hansısa səbəblə bu mövzuda yanlışlığa düşmək, həqiqəti inkar etmək möminə yaraşmaz.

Allaha güvənmək, yersiz qorxulara qapılmamaq lazımdır. Möminə yaraşan Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə, Bədiüzzamanın şərhlərinə etibar etmək, baş verən hadisələri bu çərçivədə önmühakiməsiz olaraq qiymətləndirməkdir.