Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in hədisi-şəriflərində Axırzaman və bu mübarək dövrdə yer üzünə ikinci dəfə gələn hz. İsa (ə.s) ilə hz. Mehdi (ə.s) haqqında çox təfərrüatlı məlumatlar var. Hədislərdə hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl dünyanın vəziyyəti, hz. Mehdi (ə.s)-ın zühur yeri və əlamətləri, fiziki xüsusiyyətləri, üstün əxlaqı, tələbələri və fəaliyyətləri, hz. İsa (ə.s) ilə birlikdə nələr edəcəkləri, Axırzamanın digər əhəmiyyətli şəxsləri və bu kimi çoxlu sayda ətraflı məlumatlar bildirilir.
Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanla əlaqədar bu müjdələrinin şübhəsiz reallaşacağı mövzusunda Əhli-sünnə alimləri arasında razılaşma vardır. Hədis imamları hz. Mehdi (ə.s) haqqındakı hədislərin “mütəvadir” olduğunu bildirmişlər. “Təvadür” sözünün mənası “doğru xəbər, doğruluğundan şübhə edilməyən və bir camaata bağlı doğru xəbər” deməkdir. (Büyük Lugat-Tür-Dav, 3003)
Hədis alimlərinə görə, bir xəbər çoxlu adamlar tərəfindən rəvayət edilirsə buna “mütəvadir” xəbər deyilir. Həm də hədis alimləri mütəvadir qəbul edilən hədislərin ravilərinin (hədisi nəql edən kəslər) araşdırılmayacağı və mütəvadir hədislə bağlı sorğu-sual edilməyəcəyi baxımdan həmfikirdirlər.
Dünyada demək olar ki, hər gün yaşanan yeniliklər, yaşadığımız dövrün “Axırzaman” olduğunun və “hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın vəzifə başında olduqlarının və onların vəsiləsi ilə yaşanacaq Qızıl əsrin yaxınlaşdığının” xəbərçisidir. Axırzaman əlamətləri hədislərdə “bir təsbehin dənələri kimi bir-birinin ardınca” sözləri ilə ifadə edildiyi kimi ard-arda baş vermişdir və hələ də həyata keçməkdədir. Axırzamanla əlaqədar hədislərin mütəvadir olduğunun ən əhəmiyyətli dəlillərindən biri də, yüzlərlə əlamətin bir-birinin ardınca, son 30 il ərzində təsdiqlənməsidir.
Mübarək Peyğəmbərimiz (s.ə.v)-in 1400 il bundan əvvəl xəbər verdiyi hadisələrin, həm də eynilə təsvir etdiyi şəkildə reallaşması, Allahın Peyğəmbərimiz (s.ə.v)-ə lütf etdiyi möcüzədir. Eynilə Rəsulullah (s.ə.v)-in söylədiyi şəkildə hicri 1400-cü ilin başlamasıyla bərabər Fəratın suyu kəsilmiş, İran-İraq müharibəsi baş vermiş, Kəbədə qanlı hücum olmuş, Ramazan ayında 15 gün ara verməklə ay və günəş tutulmaları olmuş, Əfqanıstan, İraq işğal edilmiş, Bağdad alova bürünmüş, Halley quyruqlu ulduzu çıxmış, İraqın Küveyti işğalı əsnasında neft quyularının yandırılması ilə şərqdən bir atəş görünmüş, 11 sentyabrda Amerikadakı əkiz qüllələrə hücum edilməsilə tozlu, tüstü, qaranlıq bir fitnə zühur etmiş, Şam və Misir məlikləri öldürülmüş, Azərbaycan işğal edilmiş, iki quyruqlu, digər ulduzlara əks istiqamətində hərəkət edən, çox parlaq olan Lulin quyruqlu ulduz görülmüş və bu şəkildə yüzlərlə əlamət təsdiqlənmişdir.
Peyğəmbərimiz (s.ə.v) İslam əxlaqının hicri 1400-cü illərdə hakim olacağını müjdələmişdir
Peyğəmbərimiz (s.ə.v)-in xəbər verdiyi hadisələrin hamısının təsdiqlənmiş olması qədər əhəmiyyətli bir başqa məlumat da Rəsulullah (s.ə.v)-in dünyanın ömrü haqqında verdiyi məlumatdır. Peyğəmbərimiz (s.ə.v) hədisi şərifləri ilə, İslam ümmətin ömrünün 7000 il olduğunu bildirmiş, özünə qədər də bu ömürdən 5600 ilin keçdiyini açıq bir şəkildə ifadə etmişdir. 7000-dən 5600 çıxanda yerdə 1400 qaldığına görə, ayədə bildirilən hz. İsa (ə.s)-in gəlişi, Rəsulullah (s.ə.v)-in müjdələdiyi hz. Mehdi (ə.s)-ın çıxışı və İslam əxlaqının dünyaya hakim olması hicri 1400-cü illərdə reallaşacaqdır.
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən dünyanın ömrü ilə əlaqədar sözü gedən səkkiz hədis, böyük İslam alimi Cəlaləddin Suyutinin əsərində yer alır və hədislər belədir.
İbni Əsakir deyir ki, Əbu Səid Əhməd ibn Məhəmməd Bağdadi rəvayət etdi. Ənəs ibn Malik (r.ə) dedi ki, Rəsulullah (s.ə.v) buyurdu: Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını görsə, Allah Təala onun üçün, gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmiş kimi BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMRÜ QƏDƏR SAVAB YAZAR.
İbni Abiyy deyir ki: Əbu İshaq, İbrahim ibn Abdullah Nəbti, (aradakı ravi silsiləsi ilə). Ənəs ibn Malik (r.ə)-dan rəvayət etdi. O dedi ki, Rəsulullah (s.ə.v) buyurdu: DÜNYANIN ÖMRÜ, AXİRƏT GÜNLƏRİNDƏN YEDDİ GÜNDÜR. ALLAH TƏALA BUYURDU Kİ: “SƏNİN RƏBBİNİN YANINDAKI BİR GÜN, SİZİN SAYDIĞINIZ MİN İL KİMİDİR.”
İbni Əbi Dünya, Zəmmil Əməlində deyir ki: Əli ibn Səid, Həmzə ibn Hişandan, O da Səid ibn Cubeyrdən rəvayət etdilər ki: “DÜNYA, AXİRƏT HƏFTƏLƏRİNDƏN BİR HƏFTƏDİR.”
İbni Əbi Xatəm, təfsirində İbni Abbasdan rəvayət etdi ki: “DÜNYA, AXİRƏT HƏFTƏLƏRİNDƏN BİR HƏFTƏ OLUB, YEDDİ MİN İLDİR VƏ BUNUN ALTI MİNİ KEÇMİŞDİR”.
İbni Abbasdan səhih olaraq nəql edilən belə bir rəvayət vardır. O DEDİ Kİ: “DÜNYA YEDDİ GÜNDÜR. HƏR BİR GÜN MİN İL KİMİDİR VƏ RƏSULULLAH (S.Ə.V) DƏ ONUN SONUNDA GÖNDƏRİLDİ”.
Əshabi Kiramın gördüyü bir yuxu
Tabarani Kəbirində deyir ki, Əhməd ibn Nadr əl-Əsgəri və Cəfər ibn Məhəmməd-ül Fəryabi nəql etmişlər ki: (Ravi silsiləsi ilə) Daqqaq ibn Zeydi Cühənidən rəvayət etdilər. O dedi ki: “Mən gördüyüm bir yuxunu Rəsulullah (s.ə.v)-ə izah etdim. Bu yuxuda Peyğəmbər (s.ə.v) yeddi pilləli bir minbərin ən üst pilləsində idi. O BUYURDU Kİ: YEDDİ PİLLƏLİ GÖRDÜYÜN MİNBƏR BU DÜNYANIN ÖMRÜ OLAN YEDDİ MİN İLDİR, MƏN DƏ ONUN SON MİNİNDƏ OLACAĞAM”.
İbni Abd-il Həmid təfsirində deyir ki, Məhəmməd ibn Fədl, Həmməd ibn Zeyddən, o da Yəhya ibn Cəlddən, o da Məhəmməd ibn Sirindən, o da müsəlman olmuş kitab əhli olandan rəvayət etdilər ki: “ALLAH GÖYLƏRİ VƏ YERLƏRİ ALTI GÜNDƏ YARATMIŞDIR. RƏBBİMİN YANINDA BİR GÜN, SİZİN DÜNYA HƏYATINDA SAYDIĞINIZ MİN İL KİMİDİR VƏ DÜNYANIN ƏCƏLİ ALTI GÜNDÜR, YEDDİNCİ GÜNDƏ QİYAMƏT QOPACAQDIR. ALTI GÜN GETMİŞDİR VƏ SİZ YEDDİNCİ GÜNDƏSİNİZ”.
Peyğəmbər (s.ə.v.) zamanında, Adəm (ə.s.)-dan bəri 5600 il keçmiş olduğu Əhməd ibn Hənbəl İləlində nəql etdi. İsmayıl ibn Əbdülkərim, Əbdüssaməddən o da Vəhbdən rəvayət etdi:
“DÜNYADAN BEŞ MİN ALTI YÜZ İL KEÇMİŞDİR”. (Ahir Zaman mehdisinin alametleri, Celaleddin Suyuti’nin tasnifinden Hadisler, Ali bin Hüsameddin El-Muttaki, səh. 88, 89)
Peyğəmbərimiz (s.ə.v) sözü gedən hədisi-şəriflərində xüsusi bir təqvimə görə vaxt barədə məlumatı verir. Necə ki, hz. İsa (ə.s)-ın ad günü, Peyğəmbərimiz (s.ə.v)-in Məkkədən Mədinəyə hicrəti bir təqvim başlanğıcı olaraq hicri və miladi təqvimlər yaranmışdırsa, eynilə bu şəkildə Peyğəmbərimiz (s.ə.v)-in də, o dövrdə istifadə edilən müəyyən təqvimə görə belə hesablama aparmasındandır. İndi 2010-cu ildə olduğumuzu deyərkən necə dünyanın yaşının 2010 il olduğunu nəzərdə tutmuruqsa, Peyğəmbərimiz (s.ə.v) də, hədisi-şəriflərində ümmətinə dünyanın ömrünün 7000 il olduğunu, özünə qədər də bu ömürdən 5600 il keçdiyi məlumatını verərkən dünyanın başlanğıcından etibarən yaşını nəzərdə tutmamışdır. Bu tarix bəlkə hz. Nuh (ə.s) yaxud hz. İbrahim (ə.s)-ın doğumu, hz. İbrahim (ə.s)-a peyğəmbərlik vəzifəsinin verilməsi və yaxud hz. İbrahim (ə.s)-ın bir yerdən digər bir yerə hicrəti, yaxud hz. Nuh (ə.s)-ın gəmiyə minib tufanın başlaması, ya da tufanın sona çatması, yaxud da başqa peyğəmbərlərin həyatlarında baş vermiş oxşar bir çox əhəmiyyətli hadisənin başlanğıc və bitmə tarixlərinə görə təyin olunmuş təqvim əsasında hesablana bilər.
Burada əhəmiyyətli olan, Peyğəmbərimiz (s.ə.v)-in bəhsi keçən bu təqvimin başlanğıcı əsasında dünyanın ömrünün bu təqvimə görə 7000 il olduğunu ümmətinə bildirməsi və özünə qədər də bu başlanğıcdan 5600 il keçdiyini dəqiq olaraq bildirməsidir.
7000-5600 = 1400
Deməli Peyğəmbərimiz (s.ə.v)-in dövründə, dünyanın ömründən yalnız 7000 illik dövrü əhatə edən bir təqvim istifadə edilirdi. Peyğəmbərimiz (s.ə.v) də bu təqvimi əsas götürərək öz dövründən, İslam ümmətinin sonuna qədər olan dövrə aid bəzi məlumatlar verdi.
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədisə görə, Suyuti Həzrətlərinin verdiyi izahda ümmətin ömrünün hicri 1500-ci illəri keçməyəcəyi bildirilir:
“MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLDƏN ÇOX KEÇMƏYƏCƏKDİR”. (Suyuti, el-Keşfu an Mücavezeti Hazihil Ümmeti el-Elfu, el-havi lil Fetavi, Suyuti. 2/248, tefsiri Ruhul Beyan. Bursevi. (Arapça) 4/262, Ahmed bin Hanbel, Kitâbu’l-İlel, səh. 89.)
Böyük əhli-sünnə alimi Bərzənçi həzrətləri ümmətin ömrünün hicri 1500 ili keçməyəcəyini ifadə edir:
“BU ÜMMƏTİN ÖMRÜ MİN İLİ KEÇƏCƏK, LAKİN MİN BEŞ YÜZ İLİ KEÇMƏYƏCƏK…” (Kıyamet Alametleri, Medineli Allame Muhammed ibn Resul el-Hüseyni el-Berzenci, Pamuk Yayıncılık, İstanbul, 2002, səh. 299)
Son 1000 ilin ən böyük mücəddidi Səid Nursi Həzrətləri müsəlmanların Allahın əmri gələnə qədər haqq yolunda olacaqlarını və 1506-cı illərə qədər qalib olaraq davam edəcəyini, 1545-ci il tarixində isə qiyamətin qopacağını (Doğrusunu Allah bilir) bildirir:
“Ümmətimdən bir tayfa Allahın əmri gələnə qədər (qiyamətə qədər) haqq yolunda olacaqdır”. “Ümmətimdən bir tayfa..” fiqrəsinin (hissəsinin) məqamı-cifrisi (cifir hesabına görə olan nəticə) 1542 (2117) edərək varlığının sonuna işarə edər. “Haqq yolunda olacaqdır”. (şəddə sayılar) fiqrəsi də, məqamı-cifrisi 1506 (2082), bu tarixə qədər zahir və aşkaranə (açıq və ortada), bəlkə qalib şəkildə, sonra da 1542-ci (2117) ilə qədər, gizli və məğlubiyyət içində vəzifəsi tənviriyəsinə (aydınlatma vəzifəsinə) davam edəcəyinə rəmzə (işarəyə) yaxın eyham edər. “Allahın əmri gələnə qədər” (şəddə sayılar) hekayəsi də, mövqeyi-cifrisi 1545 (2120), kafirin başına QİYAMƏT QOPMASINA işarə edər. (Kastamonu Lahikası, səh. 33)
Həm əhli-sünnə alimlərindən Bərzənci və İmam Suyuti Həzrətlərinin, həm də Ustadın Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərinə əsasən verdikləri izahlara görə ümmətin ömrünün hicri 1500-ci illəri keçməyəcəyi başa düşülür. Bu məlumatlar vəsiləsi ilə hz. Mehdi (ə.s)-ın zühur edəcəyi və buna görə də İslam əxlaqının dünyaya hakim olacağı Axırzamanın yaşadığımız əsr olduğu, yəni hicri 1400-cü illər olduğu açıq şəkildə görünür.
Axırzaman hədislərini gizlətmək istəyənlərin səyləri əbəsdir.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, Əshabi-Kiram dövründən etibarən müsəlmanların hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişini həsrətlə gözlədiklərindən bəhs edilir. Hədislərdə həm də Peyğəmbərimiz (s.ə.v) o dövrdə yaşayan möminlərə, “qarda sürünərək də olsa, hz. Mehdi (ə.s)-ı tapıb ona iman etmələrini” bildirərək, bu dəyərli əsrə çatanlara, Allahın lütfünə layiq olmağa çalışmağı nəsihət etmişdir.
Bu saytın hazırlanmasındakı məqsədlərdən biri də həm hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ı həyəcanla gözləyən müsəlmanların, həm də bu mövzu ilə maraqlanan bütün insanların, ən doğru məlumatlara və ən etibarlı, səhih qaynaqlara çata bilmələri, Peyğəmbərimiz (s.ə.v)-in, əsrlər boyu nəql edilərək günümüzə çatdırılan qiymətli hədislərində bu mübarək şəxslər haqqında verilən əhəmiyyətli xəbərləri öyrənə bilmələridir. Bu vəsilə ilə müsəlmanlar, İslam dünyası və yer üzündəki bütün insanların dincliyi üçün böyük əhəmiyyət daşıyan bu vacib yenilikləri daha yaxından təqib edə biləcək və bu tarixi hadisələrə daha sürətli, gözəl şəkildə hazırlana biləcəklər.
Bu saytın bir başqa məqsədi də Peyğəmbər (s.ə.v)-dən rəvayət edilən Axırzaman və hz. Mehdi (ə.s) ilə əlaqədar hədisi-şərifləri bir yerə toplayaraq “hz. Mehdi (ə.s)-ın gəlməyəcəyini”, yaxud “bir şəxs olaraq deyil, şəxsi-mənəvi olaraq gələcəyini” və ya “keçmiş zamanda gəlib vəzifəsini tamamlayıb sonra da vəfat etdiyini”, “bu əsrdə deyil, qarşıdakı əsrlərdə gələcəyini” iddia edən bəzi kəslər Axırzaman əlamətlərinin doğru olmadığının dəlillərini təqdim edir. Saytda hədislərlə əlaqədar heç bir rəy və izah verilməyib, çünki Peyğəmbər (s.ə.v)-in Axırzaman və mehdiyyət ilə əlaqədar hədisi-şərifləri heç bir izah yaxud təfsir tələb etməyəcək qədər açıq, dəqiq və aydındır.
Axırzaman müjdələrinin sevincini yaşamaq
Əsrimizdə yaşayan bu tarixi şəxslərin çıxışını həsrətlə, ümidlə, şövqlə gözləyən səmimi iman edən kəslər inşaAllah hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın köməkçilərindən, dostlarından, yaxınlarından olmaq şərəfinə çata biləcəklər. Yer üzündəki dinsiz cərəyanlara qarşı aparacaqları fikri mübarizələrində, bütün dünyaya İslam əxlaqının yayılmasında, Türk-İslam dünyasının birlik olmasında, xristian və yəhudi dünyasının Qurana və haqq dinə tabe olmasında inşaAllah hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın dəstəkçilərindən ola biləcəklər.
Bu mübarək şəxslərin köməkçilərindən olub, bütün dünyanın həsrət qaldığı ədalət, sülh, dinclik, xoşbəxtlik, bolluq və bərəkətə qovuşmasına vəsilə olmaq şərəfinə çatmaq, bütün insanlıq üçün əlbəttə ki, çox böyük müjdədir. Allahın vədi haqdır və reallaşacaqdır.
Allahın köməyi ilə. O, istədiyinə kömək edir. O, Qüdrətlidir, Rəhimlidir. Budur Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bunu bilmir. (Rum surəsi, 5- 6)

