Axırzaman əlaməti

Axırzaman anlayışı bəzi insanlar üçün tanış bir anlayış olmaya bilər

Axırzaman anlayışı bəzi insanlar üçün tanış bir anlayış olmaya bilər. Bu səbəbdən əvvəlcə bu anlayışı qısaca açıqlamaqda fayda var. Axırzaman, “son dövr” mənasını verir və İslama görə qiyamətə yaxın bir zamanda yaşanacaq bir dövrüdür.

Qurandakı işarələri və Peyğəmbərimiz (s.ə.v)-in hədislərindəki ətraflı açıqlamaları bir yerə gətirildikdə əhəmiyyətli bir nəticəyə gəlirik. Ayə və hədislər Axırzamanın iki mərhələli olduğunu göstərməkdədir. Birinci dövrə dünyanın maddi və mənəvi problemlərlə dolu olduğu bir dövr; bunun ardından gələcək ikinci dövrə isə “Qızıl dövr” olaraq adlandırılan, Quran əxlaqının və hər sahədə üstün bir rifahın yaşanacağı bir dövrdür.

Dünyanın, Qızıl dövrün sona çatması ilə birlikdə çox sürətli bir sosial tənəzzülə girməsi ilə də qiyamət saatının gəlişi gözlənilir. On dörd əsr bundan əvvəl bildirilən əlamətlərin çıxması, inananların Allaha olan iman və bağlılıqlarını artıran son dərəcə böyük hadisələrdir. Bu qədər işarənin bir yerdə və çox qısa zaman içində ard arda reallaşmış olması əlbəttə təsadüf deyil. Bu işarələr Allahın inanan qullarına bir müjdəsidir.

“De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız…” (Nəml Surəsi, 93)

Xüsusilə ifadə etmək istədiyim əhəmiyyətli məqam budur ki, hər şeyin ən doğrusunu Allah bilər. Hər mövzuda olduğu kimi Axırzaman haqqında da Onun bizə öyrətdiyindən başqa bizim heç bir məlumatımız yoxdur.