Allah hal-hazırda insanları yalnız hissləri ilə təmasda olduqları, əslini bilmədikləri bir dünyada yaşadır. Bir hisslər toplusu olan bu dünyanı, bu cür qüsursuz və möhtəşəm bir yaradılışla, dərinliyi olan, üçölçülü, rəngarəng, parlaq görünüşlərlə var edən Allah, şübhəsiz ki, bundan çox daha gözəlini də yaratmağa qadirdir.
Allah insanın beynində indi necə bir dünya görünüşü yaradırsa, ölümünün ardından da fərqli bir ölçüyə keçərək, fərqli bir mühitin görünüşünü göstərəcək. Məhz insana göstərilən o ölçü, axirət olacaq.
