O gün heç bir şey üçün bərpa etmə imkanı yoxdur. Ölümdən sonra iman etmək heç kimə qurtuluş verməyəcək. İnkarçılar ayələrdə də bildirildiyi üzrə hesab günündə özlərindən hər istəniləni etmək üçün yalvaracaqlar, ancaq onlardan artıq heç bir şey qəbul olunmaz. Dünyaya geri dönüb saleh əməllər etməyi arzu edəcəklər, ancaq bu istəkləri də rədd ediləcək. Səhvlərini düzəltmə imkanı qalmadığını anladıqlarında isə inkarçıları dözülməz bir peşmanlıq bürüyəcək. Burada yaşanan çarəsizlik və peşmanlıq duyğusu isə, dünyadakı heç bir şeyə bənzəməz. Çünki inkarçılar sonsuza qədər Allahın diləməsi xaricində, ən kiçik bir qurtuluş ümidləri olmadan cəhənnəm əzabı yaşayacaqlarını anlayacaqlar:
Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq” – dediklərini görəydin! Xeyr! Əvvəllər gizlətdikləri günahlar onlara aşkar oldu. Əgər onlar geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar. Onlar dedilər: “Dünya həyatımızdan başqa bir həyat yoxdur və biz dirildilməyəcəyik!” Onları Rəbbinin qarşısında dayandırılarkən bircə görəydin! Allah deyəcəkdir: “Məgər bu dirilmə həqiqət deyilmi?” Onlar: “Əlbəttə, Rəbbimizə and olsun ki, bu həqiqətdir!” – deyəcəklər. O buyuracaqdır: “Elə isə inkar etdiyinizə görə dadın əzabı!” (Ənam surəsi, 27-30)

