Möminlər ölüm ilə başlayan axirət həyatında inkar edənlərdən fərqli olaraq həmişə gözəl münasibətlə, xoş sözlərlə və müjdələrlə qarşılanırlar. “Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” – deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir”. (Nəhl surəsi, 32) ayəsində bildirildiyi kimi, canları gözəlliklə alınır. Onlar hər cür qorxu qarşısında böyük bir arxayınlıq içində olurlar. Rəbbinin onlara olan yardımı və lütfü sayəsində asanlıqla hesaba çəkilirlər. Mələklər tərəfindən cənnətlə müjdələnirlər və sonda Allahın onlara vəd etdiyi cənnətə yönəldilirlər:
Rəbbindən qorxanlar isə dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, onlar ora çatdıqları zaman qapıları açılacaq və gözətçiləri onlara: “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalmaq üzrə bura daxil olun!” – deyəcəklər. Cənnətliklər: “Bizə verdiyi vədinə sadiq qalan və bizi cənnətdə məskunlaşdığımız yerin varisi edən Allaha həmd olsun! Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” – deyəcəklər. (Zumər surəsi, 73- 74)

