Axirətdə bizi nə gözləyir?

Nur surəsi, 64-ci ayə

Nur surəsi, 64-ci ayə. “Diqqətli olun, göylərdə və yerdə olanların hamısı Allahındır.” Deməli, şəxsə aid bir mal-mülk yoxdur. “O, üzərində olduğunuz şeyi əlbəttə bilər və Ona qayıdacaqları gün etdikləri özlərinə xəbər veriləcək. Allah hər şeyi biləndir.” Bizə bəlkə kiçik bir kristal parçası kimi bir şey veriləcək, bir yaddaş. Bütün həyatımızı göstərən bir yaddaş. Bütün söhbətlərimizi, bütün təsvirlərimizi ehtiva edən yaddaş. Orada, bizim bütün etdiklərimiz bizə göstəriləcək. Quranı yaxşı bilən, axirətdə də çox rahatlayar.

Allah; “qüvvətlə ümid edərlər” ümid edərlər, deyir. Və heç bir şəkildə mömin axirətdə sıxıntı duymaz. İnsan zənn edir ki, ölərkən canı yanar və yaxud qorxar. Heç bir şey olmur, Allah onların heç birini hiss etdirmir. Çünki imtahanı bitdiyi üçün, imtahan bitdikdən sonra çətinlik və əziyyətin mənası olmadığı üçün Allah artıq dayandırır. Axirətdə də elədir, imtahanı bitmişdir, orada da hər hansı bir qorxu, narahatlıq olması mümkün deyil. Ruh sahibi öldüyü anda gözlərini cənnətdə açar, inşaAllah. Yanındakı mələklər ona salam verər və gözəl qarşılayar. Yuxudan oyanma sərsəmliyi olar insanlarda, həmən dərk etməzlər, bir müddət sonra şüurları toparlanar, çünki fərqli aləmə keçmişdir. Amma qıssa müddətdə hər şeyi xatırlayar və cənnətdəki həyatına davam edərlər, inşaAllah.