Axirət həyatı nədir?

Ölümü bəzi insanlar yox olmaq kimi anlayarlar

Ölümü bəzi insanlar yox olmaq kimi anlayarlar. Halbuki ölüm, yalnız dünya həyatı ilə axirət həyatı arasındakı bir keçid, bir qapı (bərzax) kimidir. Qapının arxasında, yəni axirət həyatımızda, cənnətdə və ya cəhənnəmdə bir yerdə olmağımız da Allahın, dünyadakı hərəkətlərimizi bəyənməsindən və ya bəyənməməsindən asılıdır.

Ölüm yalnız bir müddətin sona çatmasıdır. İmtahanın bitdiyini bildirən siqnalın verilməsi və çıxış qapısının açılması kimi. Allah hər kəsə dünyada ayrı bir imtahan müddəti vermişdir. Bəzilərinin müddəti 30 il, bəzilərininki isə 100 il sonra bitə bilər.

Dünyadakı imtahanın bitməsi olan ölüm, iman edən insanlar üçün sevinc vəsiləsidir. Sonunda çox gözəl bir ölkəyə gedəcəyi bir keçid qapısı kimidir. Məktəbdə imtahana girən və axırda ona verilən müddəti tamamlayaraq imtahandan çıxan və müvəffəqiyyətli olan bir insanın sonradan kədərlənməsi çox mənasız olar. Məhz buna görə də, ölən bir insanın arxasınca kədərlənmək eynilə bunun kimi, hətta daha da mənasızdır. Allahın istəklərinə görə yaşayan müsəlmanları Allahın axirətdə yenidən bir yerə gətirəcəyini və cənnətlə mükafatlandıracağını bilər. Belə olduqda kədərlənmək əvəzinə bu insan üçün böyük sevinc duyar.

Heç vaxt bu həqiqəti unutmamalısınız: Ölüm bir son deyil, bir çox gözəlliklə dolu bir ölkəyə getməyimizi təmin edən keçid qapısıdır. Sonsuza qədər davam edəcək həqiqi həyat, axirətdir. Biz də hər an axirətdəki bu əsil həyatımız üçün hazırlıq görməliyik. İmtahana girən insan imtahanda sonsuza qədər qalacaqmış kimi səy göstərməyə çalışar mı? Əlbəttə ki, xeyr. Yalnız sualları diqqətlə cavablandırıb imtahandan tezliklə çıxmağı düşünər.

Məhz dünya həyatında da insan Allahın onun üçün hazırladığı imtahanı ən yaxşı şəkildə başa vurub, Allahın razılığını və cənnəti qazanmağı istəməlidir. Hər insanın dünyadakı ən əhəmiyyətli səyi Allahı sevmək və Onun razılığını qazanmaq üçün çalışmaq olmalıdır.