Assuriya dövründən qalmış xurafat

Assuriya kralı II Sarqonun (e.ə

Assuriya kralı II Sarqonun (e.ə. 722 – e.ə. 705) təsviri. O, aypara ilə simvollaşdırılan ay ilahı olan Sin-ə dua edir. Bu inancda hilal (ay) ilahına dua etmək üçün iki əl açılır, sonra isə əl üzə sürtülürdü.

İslamdan əvvəl Ərəblərə bu xurafat keçmiş, hətta Kəbənin içində Sin ilahının heykəlini qoymuşdular. Daha sonra Hz. Məhəmməd Kəbədəki bütün heykəllərlə birgə Sin-ə aid olan heykəli də məhv etmişdir. Sonrakı zamanlarda məzhəblər quruladan sonra, islam aləmi “atalarından qalma” batil din və adətlərinə geri dönmüş və Aya baxıb dua etməyə davam etmişlər. Dua edərkən də, əllərini yuxarı tutub, dua bitəndən sonra üzlərinə sürtürdülər. Günümüzə qədər bu cür xurafatlar davam etməkdədir.

Eyni zamanda Məscidlərin üzərində olan Ay simvolu da islamla əlaqəsi yoxdur. 1064-cü ildə Alparslan Aniyi (Aninin mühasirəsi-1064) fəth edərkən kilsənin günbəzindəki böyük xaçı götürülüb, yerinə iri aypara qoydurub. Daha sonralar bu artıq islamın simvolu kimi göstərilməkdə, bütün məscidlərin başında Ay şəkli əlavə edilməkdədir, Qədimdə tikilmiş heç bir məsciddə bu simvol yoxdur.

Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyiləndə onlar: “Atalarımızı üzərində gördüyümüz (yol) bizə yetər”, – dedilər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə (onların halı necə olacaq)?! (Maidə surəsi, 104)

Onlar pis bir iş gördükləri zaman: “Atalarımızın bu yolda olduğunu gördük. Bunu bizə Allah əmr etmişdir”, – deyirlər. De: “Şübhəsiz, Allah ədəbsizliyi əmr etməz. Allaha qarşı bilmədiyiniz şeylərimi söyləyirsiniz?” (Əraf surəsi, 28)

Onlar dedilər: “Sən bizə, yalnız Allaha ibadət etməyimiz və atalarımızın ibadət etdiyi şeylərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir!” (Əraf surəsi, 70)

Onlar: “Ey Saleh! Bundan əvvəl sən bizim ümid bəslədiyimiz biri idin. Sən bizə atalarımızın ibadət etdiyi bütlərə sitayiş etməyi qadağanmı edirsən? Həqiqətən, sənin bizi dəvət etdiyin (din) barəsində şübhə içindəyik”, – dedilər. (Hud surəsi, 62)