Bəzi yerlərdə Qurani-kərimdə bildiriləndən tamamilə fərqli, monoton və son dərəcə şövqsüz bir müsəlman modelinin mənimsənildiyi görülür. İmanı zəif olan, özünü bəyənən, din əxlaqının təbliğ edilməsi mövzusunda maraqsız davranan bu insanların ən böyük səhvlərindən biri dünya həyatının evlənmək, uşaq sahibi olmaq, uşaqlarını böyütmək və pul qazanmaqdan ibarət olduğunu zənn etmələridir. Şübhəsiz, bunlar islam əxlaqına uyğun davranışlardır. Ancaq burada səhv olan bir möminin uca Allaha olan məsuliyyətlərini unudaraq, yalnız evlənməyi və uşaq sahibi olmağı düşünüb Allahın verdiyi malı Allah yolunda istifadə etməkdən boyun qaçırması və din əxlaqını təbliğ etməyin yerinə bütün vaxtını digər müsəlmanlar haqqında dedi-qodu etmək kimi fəaliyyətlərlə keçirməsidir.
Uzun illərdir ki, islam dünyasında yaşanan bölünmənin və müsəlmanların dünyanın müxtəlif bölgələrində gördükləri şiddət və zülmün əsl səbəbi bəzi müsəlmanların namaz qılmağı və oruc tutub həccə getməyi kafi görmələri, rahatlıqlarına düşkün olduqlarına görə fədakarlıq tələb edən fəaliyyətlərdən uzaq durmaları və digər müsəlman qardaşlarının dünya səviyyəsindəki heç bir problemi ilə maraqlanmamalarıdır.

