Asim (Qoruyan)

(Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar.” Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!”… (Hud surəsi, 43)

İnsan nə qədər acizliyindən xilas olmağa çalışırsa çalışsın, Allahın diləməsi xaricində başına gələcək hər hansı hadisədən qoruna bilməz. İnsan üçün tək qoruyucu Rəhman olan Allahdır.