Asanlıq dini İslam

İman sahibləri bütün həyatını Rəbbimizin Quran ayələrində bildirdiyi formada keçirərlər

İman sahibləri bütün həyatını Rəbbimizin Quran ayələrində bildirdiyi formada keçirərlər. Evdə, işdə, küçədə, harada olsalar həmişə Allahın razı olacağı kimi əxlaq göstərər, Allahın razı olmayacağı əməllərdən uzaq olarlar. Ancaq Rəbbimizdən bir lütf olaraq İslam dini insanlara çox asan, çox gözəl və çox rahat həyat təqdim etməkdədir.

Quran ayələrində İslam dininin tələbləri son dərəcə asan olduğu görülür. Bu müjdə bizlərə, “… Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər…” (Bəqərə surəsi, 185) ayəsi ilə xəbər verilib.

Rəbbimizin şəfqət və mərhəmətinin nəticəsi olaraq tarix boyu göndərilmiş olan bütün haqq dinlər həmişə çox asan tətbiq oluna bilən hökmlərə sahib olublar. Tarix boyu, dini əsasından sapdırmağa çalışan və dinin yaşanmasına maneə törətmək üçün müxtəlif üsullara əl atan insanlar, dinə bir çox çətinləşdirici hökm və xurafat qatmağa çalışıblar.

Özlərindən uydurduqları hökmlərə görə bilərək və ya bilməyərək insanların din əxlaqından uzaqlaşmasına səbəb olublar. Bu xurafatların ən təhlükəli olanından biri isə din əxlaqını yaşamağın çətin olduğu formasındakı qeyri-real inancdır. Halbuki, Allahın Quranda bildirdiyi bizə dinin yaşanmasının səmimi insanlar üçün son dərəcə asan olduğunu öyrədir.

Allah kainatdakı hər şey kimi insanı da, yoxdan var edib. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah, dini də insanın yaradılışına uyğun yaradıb. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağırıldığını belə xəbər verir:

Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)

Quran, hər yaşdan və hər mədəniyyətdən insanın anlaya biləcəyi, açıq-aşkar öyüddür. İslamın “çətin olduğu” səhv düşüncəsinin ən böyük səbəblərindən biri məlumatsızlıqdır.

İndiki zamanda insanların bir hissəsi Quran ayələrində bildirilən həqiqətlərdən, axirət həyatının varlığından, cəhənnəm əzabından, bənzərsiz cənnət nemətlərindən və Rəbbimizin müxtəlif mövzulardakı öyüdlərindən xəbərsiz həyat sürürlər. Halbuki Quran, insanların oxumaları, içindəki hikmətləri və həyatın əsl məqsədini öyrənmələri üçün endirilmişdir.

Necə ki, Quranda “… Mənə (Allaha) təslim olanlardan olmağım əmr olunmuşdur. Quran oxumağım da (əmr olunmuşdur) …” (Nəml surəsi, 91-92) şəklində buyurulur.

Quranı oxumaq və hər zaman Qurana uymaq, bir müsəlmanın ən əhəmiyyətli məsuliyyətindən biridir. Quran açıq-aşkardır və hər oxuyan qavraya bilər. Yalnız Allahın hidayət verdiyi insanlar Quran əxlaqını bütün həyatına tətbiq edə bilərlər. Allah, könüldən Özünə yönələn səmimi bəndələrinə hidayət nəsib edəcəyini bildirib.

İnsanların Quran ayələrini başa düşə bilməyəcəkləri yalanı ilə ortaya çıxanlar isə, bir çox insanın Quranı oxuyub, Allaha yönəlməsinə, Quran əxlaqına görə yaşamasına mane olurlar. Halbuki Allah ayələrinin son dərəcə açıq və aydın olduğunu Quranın bir çox ayəsində bildirir:

Şübhəsiz ki, Biz sənə açıq-aydın ayələr nazil etdik. Onları yalnız fasiqlər inkar edərlər. (Bəqərə surəsi, 99)

Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəlmişdir. Biz sizə açıq-aydın bir nur (Quran) nazil etmişik. (Nisa surəsi, 174)

Allahın insanlar üçün seçib bəyəndiyi İslam dini asan başa düşülən olması ilə birlikdə, Quran ayələrindəki hökmlər də son dərəcə asandır. Allah ayələrdə Quran üçün belə buyurur:

Biz Quranı sənə əziyyət çəkəsən deyə nazil etmədik! Məhz (Allahdan) qorxanlara nəsihət olsun deyə (nazil etdik). (Taha surəsi, 2-3)

Quran əxlaqı insanın fitrətinə uyğun olan tək həyat formasıdır. İnsanı yoxdan var edən Allah, onun nələrə ehtiyac duyacağını, hansı ibadətləri tətbiq etməyə gücünün çatacağını, necə sağlam, hüzurlu və xoşbəxt olacağını ən yaxşı biləndir. Buna görə də, Allah bir ayədə heç kimə gücü çatacağından artıq məsuliyyət verilməyəcəyini bildirir:

Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. Kafirlər qövmünə qarşı bizə yardım et!” (Bəqərə surəsi, 286)

Allah, sonsuz mərhəməti və şəfqəti ilə insanların ən rahat, ən hüzurlu və ən gözəl həyat formasını Quranda bütün detalları ilə təsvir edib. Məsələn insan, yaradılışı gərəyi sevgidən, hörmətdən, şəfqət və mərhəmətdən xoşu gəlir. Özünə həmişə belə davranılmasını istəyər. Zülmdən, əxlaqsızlıqlardan, pis əməllərdən çəkinər, bunlara məruz qalmaq istəməz və ruhunda belə bir hiss duyması Allahın diləməsi ilə olar.

Allah insanları bu fitrət üzərində yaradıb. Buna görə də, İslam əxlaqına uyğun həyat tərzi insanın hər formada zövq alacağı, məmnun olacağı həyatdır. Quranda təsvir edilən din əxlaqının insan üçün hər baxımdan son dərəcə asan olduğu bəzi ayələrdə belə bildirilir:

İman gətirib saleh əməl edən kimsəyə gəldikdə, onun üçün ən gözəl mükafat vardır. Biz ona asan işləri buyuracağıq. (Kəhf surəsi, 88)

Həqiqətən, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı? (Qamər surəsi, 17)

… O sizi seçdi və atanız İbrahimin dinindəki kimi, din barəsində sizə də heç bir çətinlik vermədi. (Həcc surəsi, 78)

Peyğəmbərimizin sünnəsi Quran əxlaqı olmuşdur. Saxta hədislər və sonradan uydurulan yalan hekayələr deyil. Quran əxlaqının asan olması da Peyğəmbərimizin sünnəsinin son dərəcə asan tətbiq oluna bilən olmasıdır. Quranı özünə rəhbər edən Rəsulullah, qövmünə “Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin” deyə buyuraraq məsləhət etmişdir.

Dini əslində olduğu kimi asan olaraq göstərmək, insanların qəlbini Qurana və İslam əxlaqına yaxınlaşdırmaq, insanlara Quranı öyrədib həyatının tək yol göstəricisi halına gətirmək hər müsəlmanın əhəmiyyətli məsuliyyətidir. Bu həqiqəti bilməyən bəzi insanlar isə Quran əxlaqının sərhədləri yox olduğu təqdirdə daha rahat yaşayacaqlarını; məsələn əxlaqi dəyərlərə əhəmiyyət vermədikləri zaman azad olacaqlarını düşünürlər.

Ya da din əxlaqının həyatını çətinləşdirən bəzi məhdudiyyətlər gətirəcəyini zənn edərlər. Halbuki bütün bunlar insanların düşdükləri çox böyük yanılmadır və şeytanın aldatmasıdır. Çünki Allahın bildirdiyi din əxlaqını yaşamaq, insanlara əmr etdiklərini yerinə yetirmək son dərəcə asandır. Əsas çətin olan, Allahın bildirdiyi sərhədləri tanımayan insanlardan ibarət olan cəmiyyətdə yaşamaqdır.

Belə bir həyat son dərəcə pis nəticələri də özü ilə gətirir. Əvvəlcə din əxlaqından uzaq yaşayan cəmiyyətdə daima xaos, qarışıqlıq, narahatlıq, qorxu, bədbəxtlik və stress vardır. Allahdan qorxmayan bir insan hər cür əxlaqsızlığı edə bilər, heç bir mövzuda sərhəd tanımaya bilər. Bu formada degenerasiyaya məruz qalmış həyat tərzi sürər. Belə bir həyatda insanlar bir-birlərinə qarşı fədakarlıq göstərməz, sevgi və hörməti yalandan nümayiş etməkdən başqa həqiqi mənada bilməz, maddi və mənəvi dəstək verməzlər. Buna görə də, Allahın bildirdiyindən başqa həyat forması heç vaxt, heç bir insana xoşbəxtlik gətirməz.

Məsələn indiki zamanda tez-tez nümunələrinə rast gəldiyimiz hadisələrdən; narkotik istifadəsinin və ticarətinin yayılması, fahişəliyin, rüşvətin, saxtakarlığın qarşısı alınmaz bir hal alması din əxlaqından və dolayısilə mənəvi hər cür dəyərdən uzaqlaşılması ilə əlaqədardır. Belə bir həyat formasında insanlar özlərini azad və istədikləri kimi davranma rahatlığına sahib olduqlarını zənn edərlər. Halbuki azadlıq zənn etdikləri bu sərhəd tanımaz həyatın onlara gətirdiyi maddi və mənəvi dağıntı daha böyükdür.

Quran əxlaqı yaşanmadığı zaman insanın hüzur tapacağı mühitin tam əksi meydana gəlir və bütünlüklə şeytanın istədiyi kimi cəhənnəmə bənzər mühit meydana gəlir.

Düşünün ki, fahişəlikdən, narkotikdən və ya spirtdən sağlamlığı pozulmuş, bədəni yaşına görə daha sürətli yaşlanmış, saçları, dərisi parlaqlığını və canlılığını itirmiş, əldən düşmüş, səfil həyat sürən insanların qazancı nə ola bilər? Həqiqətən də sərhəd tanımazlıq, əxlaqı heçə saymaq və sonunun yoxluq olduğu sanılan bir həyatı davam etdirmək, istisnasız hər insanda fiziki və ruhi olaraq çox böyük təxribat meydana gətirər. Çünki Allah Quranda, “… Bilin ki, qəlblər (ancaq) Allahı zikr etməklə rahatlıq tapar.” (Rad surəsi, 28) şəklində buyurur. İnsanlara hüzur verəcək olan Allahdır, bunun xaricində insanların rahatlıq tapmaları mümkün deyil.

Üstəlik nəticə olaraq da bu insan, Allahın əmrlərindən uzaqlaşdığı üçün böyük peşmanlıq duyacağı, çətinliklərin və əzabların ən böyüyünü yaşayacağı axirət həyatı ilə qarşılaşacaq. Vicdanına əks çıxaraq, Allahın sərhədlərini qorumaq barəsində zəif davrananlar və ya iman etməyib, Quran əxlaqından uzaq yaşamağı gözəl görənlər dünyada da axirətdə də çətinlik və sıxıntılarla qarşılaşacaqlar. Allah bir ayədə belə bildirir:

… Bu, Allahın qoyduğu hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa, özünə zülm etmiş olar. Sən bilə bilməzsən. (Talaq surəsi, 1)

Allaha könüldən təslim olan, qorxub çəkinən və dinin hökmlərini əskiksiz olaraq yerinə yetirən insanlar isə həm dünyada, həm də axirətdə böyük qazancı vardır. Hər şeydən əvvəl, Allaha itaət etmənin mənəvi həzzini və vicdani rahatlığını yaşayarlar. Allah, razılığına uyanları və sərhədlərini qoruyanları bir ayədə belə müjdələyir:

Onlar tövbə edən, ibadət edən, şükür edən, (islamı yaymaq üçün) səyahət edən, rüku və səcdə edən, yaxşı işləri əmr edib pis işləri qadağan edən və Allahın (halal-haram) hüdudlarını qoruyanlardır. Belə möminləri müjdələ! (Tövbə surəsi, 112)

Dinin əsasını qavraya bilməyən bəzi insanlar Quranda bildirilən hökmlər barədə ifrata qaçmağa (həddi aşmağa) meyllidirlər. Allahın haram etmədiyini, haram kimi göstərib, daha çox qadağa meydana gətirməyi bu insanlar üstünlük zənn edirlər. Allah inananları bu təhlükəyə qarşı xəbərdar etmiş və dində ifrata gedənlərin doğru yoldan azdıqlarını Quranda bildirmişdir:

De: “Ey kitab əhli, dininizdə haqsız yerə həddi aşmayın! Daha əvvəl öz yolundan azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış olan bir qövmün arzularına uymayın!” (Maidə surəsi, 77)

Allah, bir ayədə, Hz. İsadan sonra İsəviliyi dəyişdirən xristianların vəziyyətini belə nümunə verir:

Sonra onların ardınca peyğəmbərlərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Ona tabe olanların qəlblərinə şəfqət və mərhəmət qoyduq. Uydurduqları rahibliyi Biz onlara vacib etmədik. Onlar özləri Allahın rizasını qazanmaq üçün bunu etdilər, lakin buna da lazımi şəkildə riayət etmədilər. Onlardan iman gətirənlərə mükafatlarını verdik. Ancaq onların çoxu fasiqlərdir. (Hədid surəsi, 27)

Yuxarıdakı ayədə də bildirildiyi kimi bu kəslər özlərinin qoyduqları bu qaydalara da gərəyi kimi riayət etməzlər. Halbuki insanın edəcəyi şey, Quranda Allahın insanlara əmr etdiklərini yerinə yetirmək və qadağan etdiklərindən də çəkinməkdir. Allah hər şeyi insanlar üçün asan edərkən Quran əxlaqını yaşamağı çətin kimi göstərməyə çalışanlar, axirətdə bunun məsuliyyətini yüklənmiş olaraq hesab verməkdən qorxmalıdırlar. Hər şeydə olduğu kimi bu mövzuda da Peyğəmbərimizin həyatı və tətbiq etdikləri bizə ən gözəl nümunədir.

Bir hədisində Peyğəmbərimiz Allahın sərhədlərindən ayrılmamağı və eyni zamanda sərhədləri aşmamağı möminlərə xatırlatmış və din əxlaqını yaşamanın asan olduğunu ifadə etmişdir:

“Din asandır. Kimsə dinə qarşı bəla ola bilməz. Çünki dinə məğlub olar (Yəni dinin asanlığına uyğunlaşmalıdır. Möhkəm tutum deyən aciz qalar). Xətti istiqamətinizi doğruldun, (hüduda) yaxın olun.”

İnsanlar dini, Peyğəmbərimizin yuxarıdakı hədisi ilə bildirdiyi formada qiymətləndirməsi lazımdır. Yəni Allahın Öz rəhməti ilə açıq və aydın etdiyi, asanlıqla tətbiq oluna biləcək hökmləri, bəzi kəslərin başa düşülməz və çətin göstərmələri böyük səhvdir. Bu, üstün kərəm sahibi olan Rəbbimizin bəndələrinə olan sonsuz sevgisinin, şəfqətinin, lütfünün bir dəlilidir.

blank