Dağlıq bölgələrdə yaşayan Apollon kəpənəyi 6000 m. hündürlüyündə belə yaşaya bilən bir növdür. Bu kəpənəklərin bədənləri xəzə bənzəyən qara lələklərlə örtülmüşdür. Bədənin tünd rəngi həşəratın günəşdən istiliyi qəbul etməsinə kömək edir. Qara ləkələri olan ağ qanadlar digər kəpənəklərinkindən daha böyükdür. Beləliklə, günəş şüalarını qəbul etmək üçün daha böyük səth təmin edilir. Bundan əlavə, bu qanadlar kəpənəyə çox yüksəlməkdə kömək edir. Qanadları çox incədir, buna görə demək olar ki, şəffaf görünür. Bu, günəş şüalarının kəpənək tərəfindən asanlıqla mənimsənilməsinə kömək edir. (Hayvanlar Ans, C.B.P.C Publishing, “Böcekler”, səh. 13)
Apollo kəpənəyi neçə min metr hündürlükdə yaşaya bilir?
