Cahil cəmiyyətin batil dəyərləri ilə anlayışı bağlanmış insan öz başına Allahı fərq edə biləcək və doğrunu görə biləcək qabiliyyətə sahib deyil. Ancaq sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz bu kəslərə, özlərini xəbərdar edəcək, Allahın və axirətin varlığını, həyatın həqiqi mənasını bildirəcək elçilər göndərir.
Quranda hər cəmiyyətin mütləq bir rəsul vasitəsi ilə xəbərdar edildiyi belə bildirilir:
Şübhəsiz, Biz hər bir ümmətə: “Allaha ibadət edin və Tağutdan (bütlərdən) uzaq durun!” – deyə (əmr etmələri üçün) peyğəmbər göndərdik. Allah onlardan bir qismini doğru yola yönəltmişdir. Onlardan bir qisminin də zəlalətdə qalması vacib olmuşdur. Ona görə də yer üzündə dolaşın və (peyğəmbərləri) yalanlayanların aqibətinin necə olduğunu görün! (Nəhl surəsi, 36)
