Dediklərində səmimi olmayan bir insan, inandırıcı görünmək üçün tez-tez and içər. Allah yalançıların bu xüsusiyyətini Quranda bir çox ayə ilə bildirir. Məsələn, bir ayədə Allah, münafiqlərin hz. Məhəmmədin (s) peyğəmbərliyini qəbul etdiklərinə dair and içdiklərini bildirir. Halbuki münafiqlər əslində hz. Məhəmmədin (s) peyğəmbərliyini qəbul etməyiblər. Buna görə də, Allah onların yalançı olduqlarını xəbər vermişdir:
Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şahidlik edirik ki, həqiqətən, sən Allahın Peyğəmbərisən!” – dedilər. Allah da bilir ki, sən Onun Peyğəmbərisən. Allah münafiqlərin yalançı olduqlarına şahidlik edir. Onlar andlarını özlərinə sipər etdilər və (insanları) Allahın yolundan döndərdilər. Onların əməlləri necə də pisdir! Çünki onlar (əvvəlcə) iman gətirib sonra inkar etdilər. Buna görə də onların qəlbləri möhürləndi. Artıq onlar (haqqı) anlamazlar. (Münafiqun surəsi, 1-3)
Ayələrdə də bildirildiyi kimi, münafiqlər, andlarından yalançı olduqları, saxtakarlıq üçün sipər kimi istifadə edərlər. Allah digər bir ayədə isə, münafiqlərin bu xüsusiyyətini belə bildirir:
(Münafiqlər) Özlərinin sizdən olduqlarına dair Allaha and içərlər. Halbuki onlar sizdən deyillər. Lakin onlar qorxaq bir tayfadır. (Tövbə surəsi, 56)
Allah Quranda digər bir ayədə isə həmişə and içənlərlə əlaqədar belə buyurur:
Bunların heç birinə itaət etmə: tez-tez and içənə, alçağa… (Qələm surəsi, 10)
Yalançıların and içməkdən başqa digər üslub xüsusiyyətləri isə, danışıqlarında tez-tez dindar olduqlarına dair ifadələr işlətmələridir. Məsələn, yalanına inanılmadığı və ya dediklərindən şübhə edildiyi zaman; “Allah mənim qəlbimi bilir”, “Allah şahidimdir”, “əgər doğru deyilsə, Allah buradan çıxmağı mənə nəsib etməsin” kimi ifadələr işlədirlər. Halbuki bu cür ifadələr bəzən insanların səmimiyyətsizliklərini gizlətmək üçün işlətdikləri bir üsuldur.
I Allah, səmimiyyətsiz olmasına baxmayaraq, Özünü şahid göstərən insanlar üçün Quranda belə bildirmişdir:
İnsanlardan eləsi də var ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qatısıdır. (Bəqərə surəsi, 204)
Səmimi insanın halı və rəftarı onun səmimi və dürüst olduğunu onsuz da göstərər. Həyatının hər anında həmişə səmimi davranan bir insanın həmçinin səmimi və dürüst olduğunu bildirməsinə ehtiyac qalmaz, bu onsuz da ətrafındakılar tərəfindən də görülər. Lakin səmimi olmayan insanlar bunu həmişə sözlə göstərməyə çalışarlar və qarşılarındakı insanları inandırmağa çalışarlar.
Mənə kimlər and içməmi istədiklərində, həmişə onlara bunu deyirəm, inşaAllah: Yalançının zatən and içməsi də yalandır, doğru danışanınsa and içməsinə ehtiyacı yoxdur.

