Andı pozmamaq

Yalançı andlar və münafıqlar

Dediklərində səmimi olmayan bir insan, inandırıcı görünmək üçün tez-tez and içər. Allah yalançıların bu diqqətçəkən xüsusiyyətini Quranda bir çox ayə ilə bildirir. Məsələn, bir ayədə Allah, münafiqlərin Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in peyğəmbərliyini qəbul etdiklərinə dair and içdiklərini bildirir. Halbuki münafiqlər əslində hz. Məhəmməd (s.ə.v)-in peyğəmbərliyini qəbul etməyiblər. Buna görə də, Allah onların yalançı olduqlarını xəbər vermişdir:

Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!” dedilər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar. Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən, onların etdiyi necə də pisdir! Bu ona görədir ki, onlar iman gətirdikdən sonra inkar edənlərdən oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlaya bilməzlər. (Münafiqun surəsi, 1-3)

Ayələrdə də bildirildiyi kimi, münafiqlər, andlarından yalançılıqları, saxtakarlıqları və kələkbazlıqları üçün sipər kimi istifadə edərlər. Allah digər bir ayədə isə, münafiqlərin bu xüsusiyyətini belə bildirir:

Həqiqətən sizdən olduqlarına dair Allaha and içərlər. Halbuki onlar sizdən deyildirlər. Lakin onlar qorxaq camaatdır. (Tövbə surəsi, 56)

Allah Quranda digər bir ayədə isə həmişə and içənlərlə əlaqədar belə buyurur:

Bunların heç birinə itaət etmə: tez-tez and içənə, alçağa… (Qələm surəsi, 10)

Yalançıların and içməkdən başqa digər üslub xüsusiyyətləri isə, danışıqlarında tez-tez dindar olduqlarına dair ifadələr işlətmələridir. Məsələn, yalanına inanılmadığı və ya söylədiklərindən şübhə edildiyi deyildiyi zaman; “Allah mənim qəlbimi bilir”, “Allah şahidimdir”, “əgər doğru deyilsə, Allah buradan çıxmağı mənə nəsib etməsin” kimi ifadələr işlədərlər. Halbuki bu cür ifadələr bəzən insanların səmimiyyətsizliklərini gizlətmək üçün işlətdikləri bir üsuldur.

Allah, qəlblərində səmimiyyətsizlik olmasına baxmayaraq, Özünü şahid göstərən insanlar üçün Quranda belə bildirmişdir:

İnsanların eləsi vardır ki, onun dünya həyatı barəsindəki sözləri sənin xoşuna gələr və qəlbindəkinə baxmayaraq Allahı şahid göstərər; halbuki o, qatı düşməndir. (Bəqərə surəsi, 204)

Səmimi bir insanın halı və rəftarı onun səmimi və dürüst olduğunu onsuz da göstərər. Həyatının hər anında həmişə səmimi davranan bir insanın həmçinin səmimi və dürüst olduğunu bildirməsinə ehtiyac qalmaz, bu onsuz da ətrafındakılar tərəfindən də görülər. Lakin səmimi olmayan insanlar bunu həmişə sözlə göstərməyə çalışarlar və qarşılarındakı insanları inandırmağa çalışarlar.