Ana Suiti Sürünün İçərisində Balasını Necə Tanıyır?

Suitilər sürü halında yaşayırlar.

Bir çox digər canlılar kimi, ana suiti də doğuşdan sonra balasını qoxulayır və toxunur. Beləliklə də, balasının qoxusunu tanıyır və onu başqa suitilərlə səhv salmır.

Balalar doğulanda bədənləri yağla örtülü olur. Bu yağ onları daim isti saxlayır. Üç həftə ərzində bala suitinin ağırlığı 3-4 dəfə artır. Çünki suitilərin südü inək südündən 12 dəfə yağlıdır və tərkibində 4 dəfə çox zülal olur. Suitinin südü balanın bədənində qoruyucu-yağlı təbəqə əmələ gətirir. Olduqca zəif və müdafiəsiz suiti balalarının bütün ehtiyacları anaları tərəfindən qarşılanır.

Bütün canlılar Allahın ilhamı ilə hərəkət edir. Hər canlıya ruzi verən və ehtiyacı olan hər şeyi əskiksiz şəkildə yaradan aləmlərin Rəbbi Allahdır.

Ruzisini daşıya bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, eşidəndir, biləndir. (Ənkəbut surəsi, 60)