Ana südü – Quran möcüzəsi

Ana südü uşağın qidaya olan ehtiyacını tamamilə təmin etmək və uşağı mümkün infeksiyalara qarşı qorumaq üçün Allahın yaratdığı tayı-bərabəri olmayan qidadır.

Dövrümüzdə texnologiya ilə hazırlanan uşaq qidaları belə bu möcüzəvi qidanı heç cür əvəz etmir.

Elm inkişaf etdikcə ana südünün uşağa olan faydaları daha çox müəyyən edilir.

Elmin ana südü ilə bağlı kəşf etdiyi həqiqətlərdən biri isə uşağın ana südü ilə 2 il boyu qidalanmasının son dərəcə faydalı olmasıdır.

Elmin kəşf etdiyi bu vacib məlumatı Uca Allah insanlara “Onun süddən kəsilməsi də iki il ərzində olur.” (Loğman surəsi, 14) ayəsi ilə 14 əsr əvvəl xəbər vermişdir.