“Amin” sözü yəhudilər, xristianlar və müsəlmanlar arasında “razılaşma, təsdiqləmə və ya istək” ifadə etmək üçün bəzi ibadət və duaların sonunda istifadə edilən bir deyimdir. Xristian qaynaqlarda “Amin”, Yəhudi qaynaqlarda isə “Amen” olaraq istifadə edilir.
Sözün kökünə baxdıqda, “tanrıların kralı” olaraq bilinən qədim Misir tanrısı Amonun (Amen) adından gəldiyidir. Amin, arvadı Mut və oğulları Xensu Theban qəbiləsinin önəmli insanları idi. Eradan əvvəl 1550-1070 illərində Thebesin Misirin paytaxtı olduğu dövrdə Amon (ya da Amin)ın əhəmiyyəti Misirdə getdikcə çoxaldı və sonunda Amin, dini mərasimlərdə yüksək səslə deyilən Misirin baş tanrısı və ya “tanrıların kralı” oldu. Adı da “Amin Ra” ya da “Amon Ra” olaraq dəyişdi. Yəhudilərin o bölgədə kölə olaraq yaşadığı və 400 il davam etdiyi təxmin edilən dövrdə Amin sözünün əvvəl İbrani dilinə, oradan da Xristianların və Müsəlmanların dilinə girmiş olduğu düşünülməkdədir. Bu söz Quranda yoxdur və İslama bidat olaraq daxil olması isə sevgili Peyğəmbərimizin (s) vəfatından 2-3 əsr sonra yazılmış olan hədis kitablarında yer almaqdadır.
Yəhudilərdə duadan sonra “Amin” deyilmə adəti qədim dövrlərdən qalmadır. Yəhudilikdə, məbəddə din adamının etdiyi hər duanın sonunda “Amin” deyilməsinə e.ə. IV əsrdə rast gəlmək olar. “Amin” anlayışının bu ritual istifadəsi sonradan Xristianlığa keçmişdir. II əsrdən sonra xristiyanlardan bu sözü bidat olaraq istifadə etməyə başladılar. Təhrif edilmiş Tövrat və İncilədə əlavə etdilər. O zamandan bəri Xristianlar bütün duaları “Amin” ilə bitirilər. İslamda məzhəblərin yaranması ilə buddistlərdən qalma batil inancları götürmələri ilə birlikdə, xristiyan və musəvilərdən də bu cür budatlar, batil inancları mənimsəmişdirlər. Ən maraqlı olansa Məzhəbçilər yəhudiləri sevmədikləri halda, onlardan 100-lərlə batil inancı öz uydurma məzhəb dinlərinə daxil ediblər.
Nəticə etibari ilə, “Amin” sözü Quranda olmadığına görə Sevgili peyğəmbərimiz (s) də bu sözü istifadə etməmişdir, müsəlmanlarında istifadə etməsi doğru deyildir. Müsəlman Quran dili ilə danışmalıdır. “Amin” yerinə “inşaAllah” deyilməsini Allah bizə ayədə bildirir. Gələcək zamanda deyilən hər sözün sonunda “inşaAllah” sözü deyilməlidir ki, şirk olmasın. Dualar da gələcək zamanda olduğuna görə, duaların sonunda da “inşaAllah” deyilməlidir. Başqası dua edərsə sizlərdə “inşaAllah” deməlisiz. Yəni “Amin” yox “inşaAllah” deyilməlidir.
Heç bir şey üçün əsla: “Mən bunu sabah edəcəyəm”, – demə! Ancaq: “Allah diləyərsə (“inşaAllah” – de)!”… (Kəhf surəsi, 23-24)

