Altı gündə yaradılış

Quranın müxtəlif yerlərində kainatın 6 gündə yaradıldığı ifadə edilir

Quranın müxtəlif yerlərində kainatın 6 gündə yaradıldığı ifadə edilir. Təkcə bir yerdə, yaradılışın müxtəlif mərhələlərindən bəhs edilərkən bu mərhələlərlə əlaqədar bildirilən müstəqil müddətlərin cəminin 8 günü verdiyi diqqət çəkir. Bu ayələrdəki çox aydın bir məntiqi qavraya bilməyən ağılsız insanlar Quranın hər yerində yaradılışın 6 gündə baş verdiyinin ifadə edilməsi ilə buradakı ayələrdə bildirilən müddətlərin cəminin 8 günü verməsinin guya ziddiyyət olduğunu iddia edirlər. Ayələr belədir:

De: “Doğrudanmı siz yeri iki gündə yaradana küfr edir və bütləri Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir.

O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və ruzi istəyənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yerbəyer etdi.

Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!” – dedi. Onlar: “Könüllü olaraq gəldik!” – dedilər.

O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən Allahın əzəli hökmüdür. (Fussilət surəsi, 9-12)

Yuxarıdakı ayələrdə bildirilən günlərin sayını toplasaq 8 gün alınar. Halbuki, Yunis surəsinin 3-cü ayəsində və digər başqa ayələrdə yerin, göylərin və ikisi arasındakıların 6 gündə yaradıldığı ifadə edilir. Bu vəziyyət, mövzuya heç ağlını işlətmədən, düşünmədən, diqqətini vermədən səthi bir şəkildə yaxınlaşan bir kimsə üçün başa düşülməz kimi görünə bilər. Onsuz da yuxarıdakı ayələr, öz zəif ağıllarına görə Qurana, nöqsan axtarmaq, ziddiyyət tapmaq məqsədiylə yaxınlaşan bir çox adamın ilk növbədə istifadə etdiyi ayələrdəndir.

Halbuki, bu ayələr diqqətli və hikmətli bir şəkildə oxunduqda heç bir ziddiyyət olmadığı görülər. Ayələrdə verilən vaxtlara diqqət edildiyində bu həqiqəti görərik:

– Yerin yaradılmağa başlanmasından, oradakı ruzilərin hazırlanmasına qədər yəni canlı həyatına uyğun mühitin meydana gəlib, bitkilərin və heyvanların yaradılmasına qədər keçən vaxt 4 gündür.

– Bu prosesin başlanğıcı olan, yerin bütün kainatla birlikdə meydana gəlməyə başlayıb əsas formasını alması, qısaca dünyanın yaradılması isə bu dörd günün ilk 2 gününü əhatə edir. Yəni bu iki gün ilk dörd gündən ayrı bir vaxt deyil, daha sonrakı ayədə ifadə edilən dörd günün ərzindəki ilk iki gündür.

– 11-ci və 12-ci ayələrdə isə formalaşmaqda olan göyün 2 gün ərzində təşkil olunduğu izah edilər. Nəticədə hamısı digər ayələrdə bildirilən 6 günə tamamlanır.

Qısaca ayə, bütün kainatın ümumi 6 günlük yaradılış prosesinin daxilindəki, iç-içə keçmiş mərhələlərin hər birinin müstəqil müddətlərini izah edir.

Burada əhəmiyyətli məqamlardan biri ayələrdə keçən “gün” anlayışının bildiyimiz 24 saatlıq gün mənasında deyil, müxtəlif mərhələlər mənasında istifadə edilməsidir. Eyni zamanda zamanın izahı olmasının sübutudur.