Allahın zikrindən üz döndərənləri əzab dolu iqtisadi çətinlik gözləyir

Bütün bunlar (Axırzaman əlamətləri) ÖLKƏLƏRİN DƏYİŞMƏYƏ MƏRUZ QALACAĞI, QULLARIN ZƏİF

“Bütün bunlar (Axırzaman əlamətləri) ÖLKƏLƏRİN DƏYİŞMƏYƏ MƏRUZ QALACAĞI, QULLARIN ZƏİF VƏZİYYƏTƏ DÜŞƏCƏYİ VƏ HZ. MEHDİ (Ə.S)-IN ÇIXMASINDAN ÜMİD KƏSİLƏCƏYİ BİR DÖVRDƏ BAŞ VERƏCƏKDİR. Məhz o zaman mənim soyumdan olan QAİM (HZ. MEHDİ (Ə.S)), BİR QÖVMLƏ ORTAYA ÇIXACAQ VƏ ALLAH BU QÖVM VASİTƏSİLƏ HAQQI ÜSTÜN GƏTİRİB ONLARIN ELM QILINCLARI İLƏ BATİLİ SÖNDÜRƏCƏKDİR… Ey insanlar, Mehdinin çıxışı ilə müjdələnin. Çünki Allahın vədi həqiqətdir, boşa çıxmaz. Onun hökmü geri çevrilməzdir. O, hər şeyi hikmət üzrə edər və hər şeyi bilər. ALLAHIN FƏTHİ YAXINDIR.” (Yenabiul-Mevedde, səh. 440)

Peyğəmbərimiz (s) Axırzamana işarə edən hədislərində hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl reallaşacaq bəzi hadisələrdən və yeniliklərdən xəbər vermişdir. Bu hədislər, Axırzamanda yaşadığımızı başa düşməyimiz üçün son dərəcə əhəmiyyətli əlamətlərdir. Bu hədisdə də, Peyğəmbərimiz (s) hz. Mehdi (ə.s)-ın zühur etməsindən ümid kəsildiyi; bəzi söz arası din alimlərinin “Hz. Mehdi (ə.s) şəxsi mənəvidir, gəlib keçmişdir, hz. Mehdi (ə.s)-ın gəlişini gözləməyin, hz. Mehdi (ə.s) bu əsrdə gəlməyəcək, əsrlər sonra gələcək buna görə də, İslam əxlaqının hakimiyyəti də bu əsrdə olmaz…” kimi izahlar edəcəkləri bir dövr təsvir etmişdir. Bu dövrdə dünyada baş verən böhranları xəbər vermiş, bəzi ölkələrdə siyasi rejimlərin dəyişəcəyini ifadə etmişdir. Həqiqətən də yaşadığımız dövrdə kommunist rejimlə idarə olunan bir çox ölkədə rəhbərlik sistemləri dəyişmişdir, ard-arda böyük iqtisadi böhranlar yaşanmışdır. Hal-hazırda da, 2007-ci ildən bəri bütün dünyanı ciddi şəkildə təsiri altına almış olan və dünyanın ən böyük iqtisadiyyatına təsir edən iqtisadi böhran yaşanmaqdadır. Ayrıca yenə bütün dünyanı təsiri altına alan epidemiya xəstəlikləri, mədəni böhranlar də ard-arda yaşanır. Bu əlamətlərin ard-arda bir boyunbağının qopan muncuqları kimi reallaşması hz. Mehdi (ə.s)-ın zühur edəcəyini və vəzifə başında olduğunu göstərir, inşaAllah.