Allahın Zatını heç bir zaman görə bilmərik

Əraf surəsi, 143-cü ayə

Əraf surəsi, 143-cü ayə. “Musa təyin edilən müddətdə gəlincə və Rəbbi onunla danışınca: “Rəbbim, mənə göstər, Səni görüm” dedi. (Allah:) “Məni əsla görə bilməzsən” deyir. Əsla, heç bir zaman Zatını görə bilməyəcəyik. Nə cənnətdə, nə dünyada Zatını görə bilmərik. “Amma bu dağa bax; əgər o yerində dayana bilsə,” o dağ orada qala bilsə, “sən də Məni görəcəksən.” Rəbbi dağa təcəlli edincə, onu parça-parça etdi.” deyir Allah, sadəcə təcəllisindən. “Musa huşunu itirərək yerə düşdü.” Hadisənin şiddətindən yerə yıxıldı. Hz. Musa çox həyəcanlıdır, bunu digər ayələrdəki hadisələrdən də anlamaq olur. Onsuz da Allah onu huşunu itirib yerə yıxılacaq şəkildə yaradır.

“Özünə gələndə: “Sən nə Ucasan (Rəbbim). Sənə tövbə etdim və mən iman edənlərin ilkiyəm” dedi.” MaşaAllah, Haqqəl-yakin olmaq budur, inşaAllah. “(Allah:) “Ey Musa” dedi. “Sənə verdiyim risalətimlə (peyğəmbərliyimlə) və səninlə danışmağımla səni insanlardan üstün etdim.” Kəlimətullah, “səninlə danışdım” deyir Allah, kolda (bitkidə) Allah təcəlli edir. “Sənə verdiklərimi al və şükür edənlərdən ol.” Əlhəmdülillah. “Biz ona Lövhələrdə hər şeydən bir öyüd və hər şeyin yetərli açıqlamasını yazdıq.” Yəni xurafata ehtiyac yoxdur. Bundan əlavə olan xurafatdır. Bu Lövhələrdə nə varsa, odur. “İndi bunlardan möhkəm yapış” Tövrat-ı Şərifə, orijinalına, “və qövmünə də əmr et ki, ən gözəliylə sarılsınlar.” “Allahın Kitabından möhkəm yapışın” deyir. “Sizə fasiqlərin yurdunu çox yaxında göstərəcəyəm” (dedik).” “Küfrü məhv edəcəyəm” deyir Allah. “Yer üzündə haqsız yerə təkəbbür göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar hər ayəni görsələr belə, ona inanmazlar; doğru yolu (rüşd yolunu) da görsələr, yol olaraq mənimsəməzlər, azğınlıq yolunu gördüklərində isə onu yol olaraq mənimsəyərlər. Bu, onların ayələrimizi yalanlamaları və onlardan qafil olmalarına görədir” deyir, Allah.