Quranın “…Lakin insanların çoxu iman etməz.” (Rad surəsi, 1) ayəsində bildirildiyi kimi, yer üzündəki insanların əksəriyyətini din əxlaqından uzaq insanlar meydana gətirir. Buna görə də, bəzi ağılsız və bəsirətsiz insanlar, Allahın varlığını inkar etdikləri halda özlərini doğru yolda sanarlar.
Sahib olduqları maddi güclərinin və sayılarının çox olması, onlara güvən duyğusu verər. Hadisələri həmişə xarici görünüşə görə qiymətləndirən bu cür insanlar, özlərinin üstün olduğundan 100% əmin olaraq hərəkət edərlər. Amma anlamadıqları çox böyük bir həqiqət vardır ki, o da Allahın möminlərə olan vədi və dəstəyidir.
… (Allah) kafirlərə, möminlərin əleyhinə bir yol verməyəcəkdir. (Nisa surəsi, 141)
Allah yuxarıdakı ayəsində də bildirdiyi kimi, hər şeyi möminlərin lehinə edər və onları müxtəlif yollardan dəstəkləyər. İnşirah surəsində müsəlman üçün hər çətinliklə birlikdə asanlığın da yaradıldığı sirri verilir. Xəstəliyi yaradan Allahın şəfanı da yaratması kimi, hər çətinlik də yanında asanlığı və həlli ilə birgə meydana gəlir. Bu həqiqət belə xəbər verilib:
Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır. Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır. (İnşirah surəsi, 5-6)
Allahın bu dəstəyini və köməyini yalnız möminlər bilirlər. Və onlar, həyatı boyu nə ilə qarşılaşsalar, Allahın daim inananların dostu və köməkçisi olduğunu bilməyin hüzur duyğusu ilə hərəkət edirlər. Allah bəndələrinə belə vəd edib:
Allah sizin düşmənlərinizi çox yaxşı tanıyır. Dost olaraq da, yardımçı olaraq da Allah kifayətdir. (Nisa surəsi, 45)
İnkarçıların və münafiqlərin isə bir çox qorxusu var. Allaha iman etmədikləri, Ona şirk qoşduqları, hər hadisəni və varlığı təsadüf zənn etdikləri üçün həmişə qorxu və narahatlıq içində həyat sürərlər. Məhz bu, Allahın möminlərə qarşı mübarizə aparanların qəlbinə saldığı qorxudur:
O zaman Rəbbin mələklərə: “Həqiqətən, Mən sizinlə birlikdəyəm. Möminlərə dəstək verin! Kafirlərin qəlbinə qorxu salacağam… (Ənfal surəsi, 12)
Allahın köməyi və dəstəyi, müsəlmanın həyatını əhatə edir. Tarix boyu, Allah inananlara müxtəlif yollarla köməyini çatdırmışdır. Bəzən peyğəmbərlərinə möcüzələr vermiş; bəzən müsəlmanları görünməyən ordular və mələklərlə, qoruyucularla, hətta təbiət hadisələri ilə dəstəkləmiş; bəzən reallaşması qeyri-mümkün görünən hadisələrin reallaşmasını təmin etmişdir. Allah Fəth surəsində belə bildirir:
Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlbinə mənəvi rahatlıq verən Odur. Göylərin və yerin orduları da Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Fəth surəsi, 4)
Göylərin və yerin orduları Allaha məxsusdur. Allah qüdrətlidir, hikmət sahibidir. (Fəth surəsi, 7)
Ayələrdə də görüldüyü kimi göylərin və yerin ordularının sahibi olan Rəbbimizin möminlər üzərindəki dəstəyi və köməyi çox üstündür. Quranda Allahın möminlərə köməyi belə xəbər verilir:
Onlara mütləq yardım olunacaqdır. Şübhəsiz ki, Bizim əsgərlərimiz qalib gələcəklər. (Saffat surəsi, 172-173)
Biz, əlbəttə, peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şahidlik edəcəkləri gündə yardım edəcəyik. (Mömin surəsi, 51)
Ey iman gətirənlər! Əgər Allaha (Allahın dininə) yardım etsəniz, O da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər. (Məhəmməd surəsi, 7)
Çünki Allah iman gətirənlərin himayədarıdır. Kafirlərin isə heç bir himayədarı yoxdur. (Məhəmməd surəsi, 11)
O zaman sizdən iki dəstə ümidsizliyə düşərək dağılışmaq fikrinə düşmüşdülər. Halbuki, Allah onların yardımçısı idi. Möminlər (yalnız) Allaha təvəkkül etsinlər. Həqiqətən, zəif olduğunuz halda Allah sizə Bədrdə yardım etmişdi. Ona görə də Allahdan qorxun ki, bəlkə şükür etmiş olasınız! (Ali İmran surəsi, 122-123)
Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər?! Ona görə də möminlər (yalnız) Allaha təvəkkül etsinlər! (Ali İmran surəsi, 160)
Əksinə, sizin himayədarınız Allahdır və O, yardım edənlərin ən xeyirlisidir. (Ali İmran surəsi, 150)
Özü də bir neçə il ərzində. (Onların bu məğlubiyyətindən) əvvəl də, sonra da əmr Allahındır. O gün möminlər də sevinəcəklər, Allahın yardımı ilə! O, istədiyi kimsəyə yardım edər. O, yenilməz qüvvət sahibidir, mərhəmətlidir. Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 4-6)
Bütün insanlar dünya həyatında Allaha və axirət gününə olan inancları ilə sınanırlar. Allahın yaratdığı bu imtahan mühitinin gərəyi olaraq, kənardan baxdıqda pislik edənlər də, yaxşı olanlar da eyni şərtlərdə yaşayırmış kimi görünürlər. Halbuki Allaha iman edənlərin yaşadığı həyat, dini inkar edənlərdən daha fərqlidir.

