Bu, cəmiyyətdə yayılmış olan yanlış bir tale anlayışıdır. Məsələn, ölümdən dönən bir xəstə haqqında “taleyinə qalib gəldi” kimi cahilcə ifadələr işlədilir. Halbuki heç kim taleyini dəyişə bilməz. Ölümdən dönən şəxs, taleyində ölümdən dönməsi yazıldığı üçün ölməmişdir. “Taleyimə qalib gəldim” deyərək özlərini aldadanların bu cümləni işlətmələri və düşdükləri psixoloji vəziyyət də yenə onların taleyindədir.
Çünki tale Allahın elmidir. Bütün zamanı eyni anda bilən, hər zamana və məkana hakim olan Allah üçün hər şey taledə yazılmış və bitmişdir. Allah üçün zamanın tək olduğunu Quranın üslubundan da anlayırıq. Bizim üçün ölümümüzdən sonra baş verəcək bəzi hadisələr Quranda artıq olub-bitmiş hadisələr kimi nəql edilir. Allah bizim bağlı olduğumuz nisbi zaman ölçüsündən münəzzəhdir. Allah bütün hadisələri zamansızlıqda diləmiş, insanlar bunları etmiş, bütün bu hadisələr yaşanmış və nəticələnmişdir.

