Allahın sevimli bəndəsi olmaq üçün Qurandakı nümunələrə baxmaq lazımdır

İnsanın imanının və Allah qorxusunun qarşısında sərhəd qoyulmamışdır. İstəyən şəxs hər zaman Rəbbimizə bir yol tapa bilər və Ona hər kəsdən daha yaxın ola bilər. Buna görə də, dərin iman sahibləri üçün peyğəmbərlərin və Quranda nümunə göstərilən saleh möminlərin imanı və əxlaqı əhəmiyyətli bir hədəfdir. Ancaq bu da onlar üçün son sərhəd deyil.

Allah Quranda “Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin…” (Təğabun surəsi, 16) ayəsi ilə möminlərin təqvada heç bir sərhəd tanımamalarını buyurmuşdur. Bu səbəblə, hər möminin hədəfi Allahın ən sevimli və Ona ən yaxın bəndəsi ola bilməkdir. Bu cür şərəfli və üstün məqsədi olan hər kəsə Allah Quranda peyğəmbərlərdən və digər dərin iman sahiblərindən nümunələr verir, əzəli və sonsuz mərhəməti ilə imani yetkinliyi qavramanın yollarını göstərir.