Allahın şəninin yüksəldilməsi

Allah ilə yaxın və sıx əlaqə qurmağın bir yolu da heç şübhəsiz ki, Onu tez-tez anmaq

Allah ilə yaxın və sıx əlaqə qurmağın bir yolu da heç şübhəsiz ki, Onu tez-tez anmaq, xatırlamaq və yüksəltməkdir. Allahın qüdrətinin hər şeyə çatdığını və hər şeyə nəzarət etdiyini bilən möminlər bu qüdrət qarşısında sevgi qarışıq qorxu duyarlar. Allahın əzəmətindən və müdrikliyindən qaynaqlanan heyranlıq dolu bir qorxudur bu. Və bütün üstün güc qarşısında acizliklərini bilirlər və Onu ayənin ifadəsi ilə desək, “təkbir edə bildikləri qədər təkbir edirlər”.

Möminləri digər insanlardan ayıran başlıca xüsusiyyətlərdən biri həmişə Allahı düşünmələri və Onu xatırlamalarıdır. Məhz Allah ilə qurduqları yaxın əlaqənin qaynağı elə budur. Onu düşündükləri vaxt istifadə etdikləri ifadə Quranda belə bildirilir:

Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! (Ali İmran surəsi, 191)

Ayədən də açıq göründüyü kimi, dünyada həqiqi mənada düşünən ağıllı insanlar olan möminlər təvəkkülləri nəticəsində Allahın ucalığını və gücünü hiss edirlər. Bunun da nəticəsində Allahın şənini yüksəltmək və Onu təkbir etməkdir. Həmçinin, möminlər dualarında belə yalvarırlar:

Ey Rəbbimiz, bizi kafirlər üçün imtahan vasitəsi etmə! Ey Rəbbimiz, bizi bağışla! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən!” (Mumtəhənə surəsi, 5)

Eyni şəkildə hz. Musa da Allahın ayəsini görəndə “…Sən pak və müqəddəssən Rəbbim…” (Əraf surəsi, 143) demiş, hz. İbrahim də qövmünə təbliğat apararkən “…Rəbbim hər şeyi öz elmi ilə ehtiva etmişdir…” (Ənam surəsi, 80) deyərək başlıca vəzifələri olan Allahın şəninin yüksəldilməsini təbii və daxildən gələn bir hərəkət olaraq icra etmişdilər.

Buna bənzər bir ifadə hz. Şueyb tərəfindən də bu şəkildə təkrarlanmışdır:

Əgər Allah bizi ondan (küfrdən) xilas etdikdən sonra təkrar sizin dininizə dönərsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allahın diləməsi istisna olmaqla, küfrə qayıtmaq bizə yaraşmaz. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik…”. (Əraf surəsi, 89)

Quran bizə rəsulların və möminlərin Allah ilə sıx münasibətdə olmasının davranışlarından, Allahı xatırlamalarından və Onun şənini yüksəltmələrindən qaynaqlandığını bildirmişdir. Yuxarıda verdiyimiz nümunələrdən başqa Quranda rəsulların və möminlərin Allaha səmimi xitabları ilə bağlı bir çox örnəklər var. Bunlardan bəziləri belədir:

…“Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər onu demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən ürəyimdə olanı bilirsən. Mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, gizli olanları bilən Sənsən. (Maidə surəsi, 116)

Nuh dedi: “Ey Rəbbim! Şübhəsiz, bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamaz və mənə rəhm etməzsən, ziyana uğrayanlardan olaram!” (Hud surəsi, 47)

Ey Rəbbim! Mənə mülkündən bir pay verdin və mənə yuxuların yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünya və axirətdə mənim sahibimsən. Canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (Yusif surəsi, 101)

Ey Rəbbimiz! Şübhəsiz ki, Sən bizim gizlətdiklərimizi də, aşkar etdiklərimizi də bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. (İbrahim surəsi, 38)

Süleyman dedi: “Ey Rəbbim, məni bağışla və mənə bundan sonra heç kimin əldə edə bilməyəcəyi bir hökmranlıq bəxş et! Şübhəsiz ki, Sən lütf sahibisən. (Sad surəsi, 35)

Bəs Allah rəsulların və möminlərin bütün bu səmimiyyətinə qarşılıq olaraq necə mükafat verir? Əslində bu mükafatı tək bir cümlə ilə yekunlaşdırmaq mümkündür: Allahın rizası, mərhəməti və cənnəti… Nəticədə, Allah möminlərdən, onlar da Allahdan razı olacaq. Yaxşılıq və səbir edənlərin mükafatı qiyamət günü alçaldılmamaları və əməllərinin əvəzi olaraq mirası olduqları cənnətə düşmələri olacaq… Onlara heç bir əziyyət verilmədən, istədikləri bütün nemətlər arasında, gözlərinin həzz aldığı və nəfslərinin arzu etdiyi hər şeyin içində əbədi olaraq qalacaqlar… Bu, qorxub qorunanların xoşbəxt aqibəti və əbədi qurtuluşudur.