Allahın sənətinin görülməsi

Allahın sənətinin görülməsi

Möcüzələr əslində dünyanın hər tərəfində mövcuddur. Lakin insanlar müəyyən qədər vaxt tələb etdiyi üçün bu barədə düşünmək və təfəkkürə zaman ayırmaq istəmirlər. Hər şeyi qısa şəkildə düşünüb bitirmək arzusundadırlar. Ancaq diqqətlərini toplayıb mövzunu izah etdikdə, az qala ağlayacaq hala gəlir, heyrətlənir, dəhşətli dərəcədə təəccüb içində qalırlar. Allahın istədiyi də elə budur.

Bu qədər çoxsaylı möcüzə yaradılır; əgər insan maraqlanmırsa, Allah onu cənnətdə niyə yaratsın? Bu dünyada maraqlanmırsa, axirətdə də bu onu maraqlandırmaz. Burada milyonlarla, milyardlarla, trilyonlarla möcüzə yaradılır, saymaqla bitən deyil. İnsan isə öz hal dili ilə “məni maraqlandırmır” deyir. O zaman Allah ucu-bucağı olmayan nemətləri, o cənnəti ona verməz.

Allah nemətin təqdir edilməsini, sənətinin görülməsini, sənətinin ayrı-ayrılıqda təqdir olunmasını istəyir. Məsələn, biz videolar hazırlayırıq, lakin Allahın sənətinin təqdiri üçün yalnız az bir qismini izah edə bilirik. Allah buyurur ki, qruplaşdıraraq izah etsəniz belə, yenə də bitirə bilməzsiniz.

Sizin üçün qulaqlar, gözlər və qəlb yaradan Odur. Nə qədər də az şükür edirsiniz! (Muminun surəsi, 78)

Bəli, şükür etmək olduqca mühümdür. Bəzi insanlar vardır ki, qumarda qazanır, “Allaha şükür, qazandım” deyir. Və yaxud kimisə aldadır, Allaha şükür edir. Bu, həqiqi şükür deyildir. Şükür etmək; Allahı çox sevmək, Allahdan çox qorxmaq deməkdir. Və Allahın dinini, İslamı səmimi olaraq yaşamaq deməkdir. Allah insanların Onu layiqincə qiymətləndirə bilmədiklərini bildirir.

Onlar Allahı layiqincə qiymətləndirə bilmədilər. Şübhəsiz ki, Allah çox qüvvətli və qüdrətlidir. (Həcc surəsi, 74)

Əlbəttə, bu formada bir şükür olarsa, o şükür keçərli olar.

Əgər şükür edib iman etsəniz, Allah sizə niyə əzab versin? Allah şükürün əvəzini verəndir, hər şeyi biləndir. (Nisa surəsi, 147)

İnsan hər zaman axirətdən bir görüntü görmək istəyər. İnsanın ən çox maraq etdiyi məhz budur. “Kaş ki, heç olmasa bir kadr görsəm,” deyə düşünər. Halbuki, bir kadr gördükdə, baxın, sadəcə özünün deyil, bütün dünyanın imtahanı yanmış olar. Bütün əmək hədər gedər. Olmaz bu, gözləyəcək.

Amma möcüzə gözləyirsə, kainata baxarsa, o gözlədiyi möcüzədən daha ecazkar şeylər görə bilər. Yəni gözlədiyi möcüzədən daha üstünü olmuş olar. Və yaxud ən azı o səviyyədə olar. Və ya onun qanununu tam anlamış, oradakı sistemi tam dərk etmiş olar.

Allah ən doğrusunu bilir, şeytan insanları tovlayaraq, bu həqiqətləri örtməyi, gizlətməyi seçən bir üsul, bir sistem qurur dünyada. Sanki onları ovsunlayır və “onlara hər tərəfdən yanaşacağam” deyir.

Sonra mütləq önlərindən, arxalarından, sağlarından və sollarından onların yanına soxulacağam. Sən onların çoxunu şükür edən görməyəcəksən. (Əraf surəsi, 17)

Allahı sevmək həm zövqlüdür, həm bərəkətlidir, həm də qəlbə bir rahatlıq, elə bir fərahlıq verir. Həm də bərəkəti tez görünür. Yəni insanın həyatındakı nizam və intizamla özünü göstərir.