Allahın sənətini qiymətləndirmək

Saniyələr içərisində gözümüz ard-arda bir çox obyektə fokuslanır

Saniyələr içərisində gözümüz ard-arda bir çox obyektə fokuslanır. Bir an gözümüz otağımızdakı güzgünün çərçivəsinə yönəlir, sonra divar kağızının bəzəyinə, dərhal sonra televizora, yerdəki kabelə, qapının qoluna. Bir anda göz onlarla, yüzlərlə detal ilə təmasda olur. Yerimizdən qalxıb mətbəxə gedəndə gözlərimiz yenə onlarla detalla birlikdə irəliləyir. Məsələn, koridorda asılı olan şəkildə təsvir edilmiş portretə. Getmək istədiyimiz yerə çatana qədər fərqində olsaq da, olmasaq da müxtəlif bucaqlardan, yeni detallar görərək irəliləyirik. Dəfələrlə gəzdiyimiz evimizin içində yüzlərlə, minlərlə fərqli nöqtəyə fərqli bucaqlardan baxırıq və bunların bir çoxu insanın qərarının xaricində, istəksiz olaraq reallaşır. Biz bütün bu detalları görürük, çünki taledə hər bir detal hələ biz doğulmadan əvvəl Allah Qatında elə təqdir edilmişdir. Bu detalların hər birini yaradan Allahdır. Tale bir-biri ilə uyğunlaşma içərisində olan bu anların bütünündən meydana gəlir.

Diqqəti anbaan Allahın yaratdıqlarını görməyə fokuslamaq, insanın Allaha olan təslimiyyətini gözəlləşdirər, anlayışına dərinlik qatar. Gördüklərimizin ardında olan mənanın dərk edə bilmək ilə hər şey daha dərin dəyər qazanar. Çünki hələ insan doğulmadan Rəbbimiz bunları yaratmış, bizim üçün var etmişdir. Rəbbimiz yaradılanlar üzərində düşünək, Onun gözəl varlığını daha dərin qavrayaq, içimizdən hörmət dolu qorxu ilə, güclü bir sevgi ilə Ona yaxınlaşaq deyə anlayış vermişdir. Quranda Rəbbimiz belə buyurur:

İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır. Həqiqətən biz insanı bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Bundan ötəri, onu eşidən və görən yaratdıq. (İnsan surəsi, 1-2)

İnsan imtahan olunur. Allah ona saymaqla bitirə bilməyəcəyi qədər çox nemət bəxş etmişdir. Tək bir anda atomlardan DNT-ə, göydən yerə trilyonlarla təfsilatın sığındığı bir dünyanı təqdim etmişdir. İnsan səhər gözünü açdığı andan etibarən Allaha yönəlməlidir. Gözünü ilk açanda əgər tavanı görürsə, yaxud ilk gördüyü şkafdırsa, o gün, o saniyə taleyində Allah dilədiyi üçün o obyekti görmüşdür. Allah yenə ona can vermiş, yuxusundan onu yeni bir gün üçün oyandırmışdır. İlk ediləcək şey onu yaradan Allahı təsbeh etməsidir. Xeyirlə yazılmış taleyində o gün Allah onun üçün nə gözəlliklər diləmiş deyə düşünüb şövqlə, həyəcanla Allaha yaxınlıq üçün gününə başlamalıdır. Taleyində ardıcıl silsilələrlə olan hikmətli detalları izləmək üçün diqqətli olmalıdır. Çünki bu, insanı yalnız gördüklərinə səthi reaksiya verən bir varlıq olmaqdan çıxararaq, dərin bir qavrayış əldə etməsinə və Allahın məmnuniyyətini, razılığını, yaxınlığını qazanmasına vəsilə olacaqdır.