Allahın şəfa qaynağı olan sonsuz nemətləri

Hər şey iman dəlilidir

Vicdan sahibi insan ətrafındakı hər şeyin bir iman dəlili olduğunu bilir. Dənizdəki ovunu tutmaq üçün suya doğru süzülən bir qağayının, torpaq üzərində gəzən kiçik bir qarışqanın, hər il kilolarca meyvə verən bir alma ağacının, tonlarla ağırlığına baxmayaraq səmada duran buludların, qısacası gözünü döndərdiyi hər yerdə gördüyü hər şeyin Allahın varlığının dəlilləri olduğunun fərqindədir.

Ancaq Quran ayələrində, iman həqiqətlərinin dərinliklərinə qədər görülüb aydın ola bilməsi üçün iki əhəmiyyətli xüsusiyyətdən daha bəhs edilir: Düşünmək və məlumat sahibi olmaq …

Allah Quranda insanları davamlı olaraq göylərdə, yerdə və ikisinin arasındakı yaradılış dəlillərini, yəni iman həqiqətlərini düşünməyə dəvət edir:

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

Allah, Qurandakı bir çox ayəsində yaratdığı şeylər üzərində düşünərək bunlardan öyüd və ibrət almağımızı istəyir. Ətrafımızdakı canlı-cansız bütün varlıqlar bizim Allahın üstün yaratma gücünü, sənətini, elmini dərin-dərin təfəkkür etməyimiz üçün yaradılmışlar. Ayədə də bildirildiyi kimi bunların heç biri boşuna yaradılmamışdır. Bunlara əhəmiyyət vermədən keçmək və düşünməmək, Allahın ayələrindən üz çevirmək mənasına gəlir ki, mömin belə bir davranışdan şiddətlə çəkinməlidir. Necə ki, Quranın müxtəlif yerlərində, Allahın ayələrindən və yaradılışın dəlillərindən üz çevirənlərin, inkarçılar olduğu vurğulanır.

blank