Allahın Şafi ismi “şəfa verən” mənasındadır. Xəstəliyi yaradan Allah olduğu kimi, həmin xəstəlikləri aradan qaldırmağa və insanlara şəfa verməyə qadir olan yeganə güc də Allahdır. Əlbəttə, Allah hər bir xəstəlik üçün müxtəlif müalicə üsulları və dərmanlar yaratmışdır. Lakin bunların hamısı insana yalnız Allahın diləməsi ilə şəfa verə bilər. Allah diləmədiyi təqdirdə, heç bir həkim, heç bir müalicə üsulu və heç bir dərman təkbaşına bir insanı sağaltmağa qadir deyildir.
Hz. İbrahimin Quran ayəsi ilə bildirilən “Xəstələndiyim zaman mənə şəfa verən Odur.” (Şuəra surəsi, 80) sözləri də bu həqiqəti ifadə edər.

