Yaşadığınız yer nəhəng sel fəlakəti ilə qarşı-qarşıya qalınca nə edərsiniz? Ən üst mərtəbəyə çıxaraq xilas edilməyi gözləyərsiniz, yoxsa sular yüksəldikcə mərtəbələri bir-bir çıxarsınız? Ən üst mərtəbəyə çıxarkən yavaş davranarsınız, yoxsa var gücünüzlə yuxarıya çatmağa çalışarsınız?
Belə bir anda insanı xilas edəcək alternativlərdən ən sürətli nəticəyə çatdıracaq olanı seçmək heç şübhəsiz ki, ən ağıllı davranışdır. Bunun əksinə, bir seçim düşünülə bilməz. İnsan olduqca ən sürətli şəkildə ən üst mərtəbəyə çıxaraq bu işdə ən çox edə biləcəyini etmiş deməkdir. Məhz bu, “ən çoxunu seçmək”dir.
Mömin də əlindəki hər cür maddi və mənəvi imkanını, həyatının hər saatını, hətta hər saniyəsini Allahın razılığına uyğun şəkildə qiymətləndirər. Bunu edərkən qarşısına çıxan alternativlər arasında seçim etməli olsa, ağıl və vicdanı istifadə edərək hərəkət edər. Yəni Allahın razı olacağı şəkildə davranar.
Bu şəkildə Allahın rizasının ən çoxuna uyğun hərəkət etmiş olar. Allahın rizasını düşünərək bir iş etmək, Allahın razılığının ən çoxuna uyğun hərəkət etməkdir. Allah Quranda belə bildirmişdir:
İman edib yaxşı işlər görənlərə gəldikdə, şübhəsiz ki, Biz yaxşı əməl sahiblərinin mükafatını zay etmərik. (Kəhf surəsi, 30)
