Yaşadığınız bölgədə böyük sel fəlakəti baş versə, nə edərsiniz? Binanın ən yuxarı mərtəbəsinə çıxaraq xilas olmağı gözləyərsiniz, yoxsa mərtəbələri su yüksəldikcə bir-bir qalxarsınız? Yuxarıya qalxarkən ləng davranarsınız, yoxsa pillələri var gücünüzlə tez-tez qalxarsınız? Təbii ki, belə vəziyyətdə ən ağıllı yol ləngimədən ən üst mərtəbəyə qalxmaqdır.
Mömin də əlində olan hər cür maddi-mənəvi imkandan istifadə edərək hər saatını, hər saniyəsini Allah rizası üçün yaşayır. Qarşısına çıxan seçimlər arasında ağıl və vicdanı ilə Allahın rizasına ən çox uyğun olanı seçir. Allah Quranda belə bildirir:
İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz ən yaxşı işlər görənlərin mükafatını puç etmərik. (Kəhf surəsi, 30)
