Allahın rizasının ən çoxunu seçmək nə deməkdir?

Əgər yaşadığınız yer böyük bir daşqın fəlakəti ilə üzləşərsə, nə edərdiniz? Ən yuxarı mərtəbəyə qalxaraq xilas olmağı gözləyərdiniz, yoxsa su qalxdıqca mərtəbələri bir-bir qalxardınız? Ən yuxarı mərtəbəyə qalxarkən yavaş-yavaş gedərdiniz, yoxsa mümkün qədər tez çatmaq üçün bütün gücünüzlə çalışardınız? Belə bir anda insanı xilas edəcək alternativlərdən ən sürətli nəticəyə çatdıracaq olanı seçmək heç şübhəsiz ki, ən ağıllı davranışdır. Bunun əksi olan bir seçim düşünülə bilməz. İnsan mümkün olan ən sürətli şəkildə ən yuxarı mərtəbəyə qalxaraq bu işdə ən çox edə biləcəyini edər. Məhz bu, “ən çoxunu seçmək” dir.

Mömin də əlindəki bütün maddi və mənəvi imkanlarından, həyatının hər saatını, hətta hər saniyəsini Allahın razı qalacağı şəkildə istifadə edər. Bunu edərkən qarşısına çıxan alternativlər arasında bir seçim etməli olduqda isə ağlı və vicdanı ilə hərəkət edər, yəni Allahın razı qalacağı şəkildə davranar. Bu şəkildə Allahın razılığının ən çoxuna uyğun şəkildə hərəkət edər. Bir şeyi Allahın razı qalması niyyəti ilə etmək, Allahın razılığının ən çoxuna uyğun hərəkət etmək deməkdir. Allah Quranda belə buyurur:

İman edib yaxşı işlər görənlərə gəldikdə, şübhəsiz ki, Biz yaxşı əməl sahiblərinin mükafatını zay etmərik. (Kəhf surəsi, 30)