Mömin, şirkdən, Allahdan başqa xəyali ilahlardan mədət ummaqdan, onların razılığını axtarmaqdan və onların əmri altına girməkdən təmizlənmişdir. O, yalnız Allaha ibadət edər. Allahın razılığını axtarar. Bunu, daha əvvəl də bildirdiyimiz kimi, “Allah yolunda ciddi səy” göstərərək edəcəkdir.
Allah yolunda “ciddi səy” göstərməyin yolu, Allah rizasının ən çoxunu axtarmaqdadır. Mömin, qarşısında olan bir neçə seçim birdən gördüyündə, ona Allahın razılığını ən çox qazandıracağını ümid etdiyini seçməlidir.
Allah rizasının ən çoxunu axtarmağı qısaca belə təyin edə bilərik:
– Mömin həyatının hamısı “halal dairəsi” içində keçməlidir. Haramlar açıq şəkildə bildirilmişdir və olduqca az saydadır. Bu müəyyən haramların xaricində, hər hansı bir hərəkət və rəftarlar bəhsi keçən mövzuda halal dairəsi içindədir.
– Bununla yanaşı möminə düşən, Allahın halal etdiyi meyarlar içində öz ağıl və “bəsirət”ini istifadə edərək, Allahın razılığının ən çoxunu axtarmağa yönəlməkdir.
Mömin “yaxşılığı əmr edib, pis əməldən məhrum etməklə”, Allahın dinini izah etməklə, yer üzündəki qəddarlığa qarşı fikri bir mübarizə içinə girməklə məsuldur. Allahın razılığını, bu böyük məsuliyyəti qəbul etməklə qazana bilər. Bu məsuliyyət hər zaman üçün bəzi vacib xidmətlər ortaya çıxarar. Bu cür böyük bir məsuliyyət tələb edən bir çox iş varkən, Allahın halal saydığı bir başqa işi daha vacib saymaq səhv olacaq. Məsələn, kişi ailəsinə baxmaqla məsuldur. Onların təhlükəsizliyini, dolanışığını təmin etmə vəzifəsi ona verilmişdir. Amma bunu bəhanə edərək digər insanlara yaxşılığı əmr edib, pis əməldən məhrum etmə məsuliyyətini üzərinə almaması əlbəttə ki, möminə yaraşan bir rəftar olmayacaq.

