Mömin, qarşısına çıxan alternativlərdən ən doğrusunu, Allahın bəyənəcəyini ümid etdiyi rəftarı seçir. Heç bir zaman az olana qane olmur. Gözəl olan rəftarı tətbiq edərkən önünə çıxan çətinliklər qarşısında ümidsizliyə qapılmır. Nəfsinin istək və həvəslərinə məğlub olaraq doğru və gözəl olandan əl çəkmir. Bu mövzunu gündəlik həyatdan bir misal verərək açıqlaya bilərik.
Böyük bir zavodda yanğın baş verdiyini düşünək. Belə bir vəziyyətdə zavod sahibinin qarşısına bir çox alternativ çıxır: Zavodun yanmasının qarşısını almaq üçün içəridə qalıb işçiləri də səfərbər edərək yanğını söndürməyə çalışa bilər; canını qurtarmaq üçün digər işçilərə xəbər vermədən zavodu tərk edə bilər; yanğın baş verdiyini bildirərək bütün zavod işçilərinin dərhal çölə çıxmasını təmin edib, bir tərəfdən də başqalarından kömək istəyə bilər.
Bu alternativlərin hamısı da müəyyən dərəcəyə qədər məqbul görünə bilər. Vicdan, insana var olduğu şəraitə uyğun, bunların arasından hansının, həqiqətən də, ən doğru və ən ağıllı qərar, “Allahın rizasını qazanmağa” ən uyğun davranış şəkli olduğunu göstərər. Kamil iman da vicdanın göstərdiyi doğru rəftar və davranışı nəfsinə imkan vermədən, qeyd-şərtsiz və heç bir peşmanlıq duymadan tətbiq edən adamın imanıdır.
