Allahın rəhmətindən ümidsiz olmayın

Ayədə bildirildiyi kimi, insanlar bəzən bilərəkdən və ya bilməyərəkdən səhvlər edirlər

Ayədə bildirildiyi kimi, insanlar bəzən bilərəkdən və ya bilməyərəkdən səhvlər edirlər. Bu mövzu ilə bağlı ayənin xitabından da məlum olduğu kimi, burada Allahın rəhmətini uman insanlara üz tutulur. Yəni ayədə bildirilən öz əleyhinə olmaqla həddi aşan insanlar Allaha iman gətirən insanlardır. Buna görə də belə bir hal demək olar ki, müsəlmanlara da aiddir.

Allah bir çox ayələrində hətta təqva sahibi olan müsəlmanların da səhv edə biləcəklərini vurğulamışdır. Belə açıqlamalar insanın qəlbinə fərəh verir. Əks halda bilərək və ya bilməyərək səhv edən müsəlman böyük bir sıxıntı və ya vicdan əzabı çəkə bilər. Lakin müsəlmanların Allaha qarşı hər hansı bir xətaya və ya nöqsana yol verməməkdə diqqətli olduqlarını bilən Rəbbimiz Quranda əməlləri və əxlaqları mədh edilərək bəhs edilən peyğəmbərlərdən də nümunələr verərək, istisnasız olaraq, hər bir insanın böyük və kiçik səhv edə biləcəyini diqqətə çatdırmışdır. Hətta Allah insanların səhvlərinin o qədər müxtəlif olduğunu bildirmişdir ki, insanların səhv etdikdən sonra peşmanlıq duyub tövbə etdikləri zaman, istisnasız olaraq, hər bir səhvin bağışlanacağını buyurmuşdur.

Lakin Qurandakı qəlbi fərəhlədən, insanlara ümid verən müxtəlif ifadələrə baxmayaraq, qüsurlu olduğunu əsla qəbul etməyən bir çox insanlar da vardır. Ayələrdəki açıqlamalara rəğmən səhv etdikdən sonra ümidsizliyə qapılmaq, üzüntü və sıxıntıya düşmək xətasızlıq iddiasında olan insanlara xas olan bir davranışdır. Səhvini təkəbbürü ucbatından və lovğalığına görə heç bir vəchlə qəbul etmək istəməyən bir insan etdiklərinə görə böyük üzüntüyə qapılır. Belə lovğa adamlar asanlıqla səhv edən, yanlış qərarlar qəbul edə bilən, yanlış davrana bilən və ya yanlış danışa bilən varlıqlar olduqlarını qəbul etməkdə çətinlik çəkirlər. Onlar qüsursuzluğun və xətasız olmağın yalnız Allaha xas olduğunu düşünə bilmirlər. Özləri də qüsursuz olmaq istəyirlər.

Bunu da unutmamaq lazımdır ki, insanların hətta ən imanlı olanlarının da qüsurlu və asanlıqla səhv edəcək şəkildə yaradılmaları Allahın qüsursuzluq vəsfini dərk edə bilmək üçündür. Çünki insan qüsursuzluğu yalnız bir qüsur və əskiklik görərək dərk edə bilər. Bu səbəbdən də insanın öz acizliyini görməsi onun Allahın mükəmməlliyini daha yaxşı anlamasına səbəb olacaqdır.