Düşünən bütün insanlar üçün gecənin yaradılmasında bir çox hikmətlər var.
Haqqında bəhs edilən hikmətlərdən biri yavaş-yavaş günəşin itməsində və sonra da havanın get-gedə qaralmasında gizlənir.
Canlılar gecə və gündüz arasındakı işıq və istilik fərqlərinə bu yavaş, tədrici keçidlər sayəsində asanlıqla öyrəşir, beləliklə də bu fərqə görə zərər çəkmirlər.
Allah bütün canlılara mərhəmət etmiş, insanları onların həyatlarında bircə dəfə də olsun diqqət yetirmədiyi, üzərində düşünmədiyi bu nemətlə faydalandırmışdır.
İnsan bunların üzərində düşünərkən, “…O (Allah), rəhm edənlərin ən rəhmlisidir!” (“Yusif” surəsi, 92) ayəsi ilə bildirilən həqiqətin daha bir dəlilini görür.
