Bu mövzuda Quranda bildirilən ayələrdən bəziləri bunlardır: • Allah günahkar kafirləri sevməz
Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz (Bəqərə surəsi, 276) • Allah zalımları sevməz
İman gətirib saleh əməllər işlədənlərin mükafatlarını tam verəcəkdir. Allah zalımları sevməz. (Ali İmran surəsi, 57)
Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır (Şura surəsi, 40) • Allah təkəbbür göstərən və lovğalananları sevməz
Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın. Ana-ataya, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya, yol yoldaşına, müsafirə və sağ əllərinizin malik olduqlarına gözəlliklə davranın. Çünki, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir. (Nisa surəsi, 36)
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18) • Allah xəyanət edən günahkarı sevməz
Öz nəfslərinə xəyanət edənlərdən ötrü mübahisə etmə. Heç şübhəsiz ki, Allah xəyanət edən günahkarları sevməz. (Nisa surəsi, 107) • Allah ifrata varanları sevməz
… Əlbəttə, Allah həddi aşanları (ifrata varanları) sevməz. (Bəqərə surəsi, 190) • Allah fitnə-fəsad törədənləri sevməz
… Yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz. (Maidə surəsi, 64)
O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. (Bəqərə surəsi, 205) • Allah israf edənləri sevməz
… Bar verdiyi zaman onun barından yeyin. Yığım günü də haqqını (zəkatını, sədəqəsini) verin, ancaq israf etməyin! Həqiqətən, Allah israf edənləri sevməz. (Ənam surəsi, 141)
Ey Adəm övladları, hər dəfə məscidə (namaza) gedərkən gözəl paltarlarınızı geyinin! Yeyin, için, lakin israf etməyin! Şübhəsiz, Allah israf edənləri sevməz. (Əraf surəsi, 31) • Allah həddi aşanları sevməz
Rəbbinizə yalvarıb yaxararaq və gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz. (Əraf surəsi, 55) • Allah xəyanət edənləri sevməz
… Həqiqətən, Allah xəyanət edənləri sevməz. (Ənfal surəsi, 58) • Allah təkəbbürlüləri sevməz
Şübhəsiz ki, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir. Həqiqətən, O, təkəbbürlənənləri sevməz! (Nəhl surəsi, 23) • Allah xain və nankor olanı sevməz
Şübhəsiz ki, Allah iman edənləri qoruyar. Həqiqətən, Allah heç bir nankoru və xaini sevməz. (Həcc surəsi, 38) • Allah qürrələnənləri sevməz
… O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz. (Qəsas surəsi, 76) məxsus xüsusiyyətlərə aid məlumatlara necə sahib olduğu, nümayiş etdirdiyi şüurlu, planlı və ağıllı davranışların necə meydana gəldiyi suallarına hansı cavabları verirlər?

