Bir ayədə hz. Şüeybin öz qövmünə Allahın sevgisini bu sözlərlə xatırlatdığı bildirilir:
Rəbbinizdən bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin! Şübhəsiz ki, Rəbbim çox mərhəmətlidir, çox sevəndir”. (Hud surəsi, 90)
İman edən, Allahdan qorxub çəkinən, Quranın hökmlərini həssaslıqla yerinə yetirən və axirət üçün ciddi səy göstərən hər bir insan Allahın sevgisini, razılığını və məmnuniyyətini qazanmağı ümid edə bilər. Allahın sevgisini kimlərə yönəldəcəyini bildirdiyi ayələrdən bəziləri bunlardır: • Allah yaxşılıq edənləri sevər
… Yaxşılıq edin! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir. (Bəqərə surəsi, 195) • Allah ədalətlə hökm verənləri sevər
… (hər bir işdə) ədalətli olun! Şübhəsiz ki, Allah ədalətli olanları sevər. (Hucurat surəsi, 9) • Allah Özündən qorxanları sevər
Xeyr! Kim öz əhdinə vəfa göstərər və (pis əməllərdən) çəkinərsə, (bilsin ki,) həqiqətən, Allah müttəqiləri sevər. (Ali İmran surəsi, 76) • Allah səbir edənləri sevər
… Allah səbir edənləri sevər. (Ali İmran surəsi, 146) • Allah təvəkkül edənləri sevər
… Əlbəttə, Allah təvəkkül edənləri sevər. (Ali İmran surəsi, 159) • Allah paklananları sevər
… Allah pak olanları sevər. (Tövbə surəsi, 108) • Allah müttəqiləri sevər
… Həqiqətən, Allah müttəqiləri sevər. (Tövbə surəsi, 7) • Allah Öz yolunda səf bağlayaraq fikri mübarizə aparanları sevər
Şübhəsiz ki, Allah Öz yolunda möhkəm bir divar kimi cərgə-cərgə düzülüb cəhd edənləri sevər. (Saff surəsi, 4)

